SumgaitLibrary

+994 186520087


Biblioqrafik xülasə

10.09.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində Y.V.Çəmənzəminlinin 130 illik yubileyi münasibətilə “Tariximizi araşdıranlar” adlı biblioqrafik xülasə keçirilmişdir. Tədbirdə kitabxanaçı L.Muradova milli ədəbiyyatımızda tarixi roman janrının ən qüdrətli yaradıcılarından biri, istedadlı nasir, daramaturq, publisist, alim, yüksək ziyalı anlayışını ömrü boyu şərəflə daşıyan Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Sonra onun 2005-ci ildə “Avrasiya Press” nəşriyyatında çap olunmuş 3 cilddən ibarət “Seçilmiş əsərləri” kitablarından söhbət açaraq bildirdi ki, 1-ci cilddə hekayələri, 2-ci cilddə romanları, 3-cü cild- də isə ədəbi-tənqidi, publicist yazıları, oçerk və xatirələri, felyetonları verilmişdir. Onun 1971-ci ildə Gənclik nəşriyyatında çap olunmuş “Ayrılıq axşamı” kitabında “Şaqqulunun xeyir işi”, “Qumarbazın arvadı”, “Yaramaz” və s. müxtəlif hekayələri öz əksini tapmışdır. 1972-ci ildə Gənclik nəşriyyatında çap olunmuş “Qızlar bulağı” əsəri ədəbiyyatımızda ilk tarixi-fəlsəfi romandır. Doğma xalqının taleyi və tarixi yazıçını dərindən düşündürmüş, o bu xalqın mənşəyini, itən köklərini arayıb axtarmış və əsərdə özünəməxsus baxımdan əks etdirmişdir.