SumgaitLibrary

+994 186520087


Mikayıl Müşviq

07.09.2017- cil il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi və AYB –nin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə “Xatırlasaz,Xatırlansam..” layihəsi əsasında “Ömrün son payızından qürub çağına baxan şair - Mikayıl Müşfiq ocağına bir payız səyahəti” adlı tədbir keçirilmişdir. Tədbir Xızı rayonu Sayadlar kəndində keçirilmişdir. İlk əvvəl muzeyin direktoru Orxan Əzimov şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Sonra AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin tədbir iştirakçılarını salamladı və bu işdə ona dəstək olan hər kəsə öz minnətdarlığını bildirdi. AYB üzvü,nasir Hafiz İmamnəzərli isə Mikayıl Müşfiq şerlərinin gözəlliyindən, şeir dilinin zənginliyindən danışdı. Daha sonra Mikayıl Müşfiqin şeirləri Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri İnci Hüseynzadə ("Zəhra üçün”), İsmayıl Hüseynov ("Sənin gülüşlərin”), Xoşqədəm Bağıyeva ("Gecə düşüncəsi”), Nəzrin Ağayeva ("Yaşa könül”), Zəhra Bəşirli ("Şeirim”), Mirvüqar Seyidzadə ("Torpaq”), İlahə Bağıyeva ("Küləklər”), Cavidan Mirzəzadə ("Qurban”), Lətifə Mahmudova ("Gəzdiyim yerlər”), Ayan Ağayevanın ("Ana”) ifasında dinlənildi. Tədbir Mikayıl Müşfiq obrazının ifaçısı Ərtoğrul Salıflının ifasında şairin “Həyat sevgisi” şeiri ilə yekunlaşdı.