SumgaitLibrary

+994 186520087


Sərgi

04.09.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində Bilik Günü ilə əlaqədar “Bilikdən böyük sərvət olmaz” adlı sərgi keçirilmişdir. Uşaq şöbəsinin kitabxanaçısı G.Həsənova iştirakçılara əlamətdar gün haqqında məlumat verərək bildirdi ki, yeni dərs ilinin başlanması hər yerdə bir canlanma yaradır. Məktəb həm bilik ocağı, həm də bizim ikinci evimizdi. Çünki məktəb və müəllimlərimiz uşaqlara bərabər yaşamağı, Vətəni, insanları sevməyi, dostları ilə sevincini, kədərini bölüşməyi, ölkəmizin tarixini öyrədir. Sonra isə “Bilikdən böyük sərvət olmaz” adlı sərgisindəki kitab və dövrü mətbuat materialları ilə oxucuları tanış etdi.