SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

26.08.2017-ci il tarixində Gənclər kitabxanasında professor, filologiya elmləri doktoru Qəzənfər Paşayevin 80 illik yubileyi ilə əlaqədar “Kərkükşünaslığın banisi” adlı ədəbiyyat saatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Sona Eminova Qəzənfər Paşayevin yaradıcılığından geniş söhbət açaraq onun Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətlərini xüsusi vurğulayıb. Professor Qəzənfər Paşayeva bütün Türk dünyasında böyük sayğı olduğunu xüsusi vurğulayan kitabxana müdiri onun ziyalı, dost, vətəndaş kimi də yüksək keyfiyyətləri barədə ətraflı məlumat verib və Qəzənfər Paşayevin yaradıcılığının və elmi axtarışlarının Azərbaycan elminə böyük töhfə olduğunu qeyd edib. O, bildirib ki, Qəzənfər Paşayevin hələ Sovet dövründə İraqda işləyərkən orada yaşayan türkmənlərlə bağlı apardığı araşdırmalar əsasında yazdığı silsilə kitablar “Altı il Dəclə-Fərat sahillərində”, “Kərkük bayatıları”, “Kərkük atalar sözləri” və s. bu gün də oxunmaqdadır.