SumgaitLibrary

+994 186520087


Maestro Niyazi - 105, Müslüm Maqamayev - 75

16.08.2017 tarixində S.Vurğun adına Mərkəzi kitabxananın İncəsənət şöbəsində Maestro Niyazinin 105, Müslüm Maqamayevin 75 illik yubileyi münasibətilə “Musiqidə yaşayan ömür” adlı tədbir keçirildi. Kitabxanaçı Məhəmmədova Sevda tədbir iştirakçılarına görkəmli musiqiçilərin həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra Hüseynli Validənin ifasında Vaqif Bəhmənlinin M.Maqamayevin ölümünə həsr etdiyi “Əbədiyyətin doğuluşu” poemasından bir hissə səsləndi. Sonda tədbir iştirakçıları sənətkarlara həsr olunmuş sərgi ilə tanış oldular.