SumgaitLibrary

+994 186520087


Sual-cavab gecəsi

15.08.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində Xurşudbanu Natəvanın 185 illik yubileyi ilə əlaqədar “Xurşudbanu Natəvanı tanıyırsınızmı?” adlı sual-cavab gecəsi keçirilmişdir. Tədbirdə uşaq şöbəsinin kitabxanaçısı L.Muradova oxuculara Azərbaycan xalqının ədəbiyyatımıza bəxş etdiyi nadir şəxsiyyətlərdən biri, XIX əsrdə yaşayıb-yaratmış poeziyamızın iftixarı Xurşudbanu Natəvanın həyatı, yaradıcılığı, ictimai fəaliyyəti ilə bağlı müxtəlif suallar ünvanladı. Sualların cavablandırılmasında oxucular fəallıq göstərdilər.