SumgaitLibrary

+994 186520087


Sərgi

27.07.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Oxu zalında “Gözəllik və həqiqət şairi” Molla Pənah Vaqifin 300 illiyi ilə əlaqədar sərgi təşkil edilmişdir. Tədbirdə oxuculara Metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı Nazxanım Cəfərova məlumat verərək qeyd etdi ki, Azərbaycan poeziyasının görkəmli klassiki Molla Pənah Vaqifin qoşmaları, təkrarsız şeir inciləri həmişə təravətli, həmişə yeni səslənir. Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixində yeni bir dövr başlanır. Vaqif lirikası ilə poeziyada yeni bir səhifə açılır, poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlənir. Realist şeirin ilk nümunələri onun adı ilə bağlıdır. Daha sonra sərgidəki ədəbiyyatlar haqqında ətraflı məlumat verdi.