SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

17.07.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətainin 530 illik yubileyi münasibətilə “Əbədi yaşamaq haqqı qazanmış dahi sərkərdə” adlı informasiya saatı keçirilmişdir. Kitabxananın multimedia mütəxəssisi Qənimə Baxışova tədbir iştirakçılarına Azərbaycan xalqının tarixində böyük sərkərdə, dövlət xadimi, şair, mədəniyyət hamisi olaraq şöhrət qazanmış Şah İsmayıl Xətainin həyatı, döyüş yolu və yaradıcılığı haqqında məlumat verərək bildirdi ki, adı bəşər tarixinin yetişdirdiyi ən qüdrətli şəxsiyyətlərlə bir cərgədə dayanan Şah İsmayıl Xətai Azərbaycan xalqının ictimai-siyasi tarixində, ədəbi-mədəni həyatında misilsiz, müsbət rol oynamış nurlu bir zəka, qılınc və qələm sahibidir. Bu əzəmətli insan, qüdrətli hökmdar, böyük sərkərdə, görkəmli şair, elm və sənət hamisi, əqidəcə bütöv mənəvi-ruhani şəxsiyyət kimi tanınmışdır. Çaldıran döyüşünün nəticələrindən asılı olmayaraq, Şah İsmayılın dühası, onun Azərbaycan xalqı qarşısındakı xidmətləri danılmazdır. O, həm də mərkəzləşdirilmiş qüdrətli Azərbaycan dövləti qurmuş, həm də milli poeziyamızın bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafı üçün əlverişli şəraitin formalaşmasına imkan yaratmışdır. Şah İsmayıl iyirmi dörd il Azərbaycan Səfəvi dövlətinin hökmdarı və qalib sərkərdəsi oldu və yalnız bircə dəfə, həm də özündən asılı olmayan səbəblərə görə məşhur “Çaldıran döyüşü” adlanan müharibədə məğlubiyyətə uğradı. Türk dünyasının ümumi faciəsi, Qərb siyasətinin isə strateji qələbəsi olan bu döyüş ən qanlı qardaş qırğınından biri kimi tarixə düşdü. Çaldıran döyüşündən sonra Şah İsmayıl daha on il yaşadı və 1524-cü il mayın 23-də 37 yaşında ikən xəstələnərək vəfat etdi. Məzarı Ərdəbildə, Şeyx Səfi məqbərəsində əcdadları ilə bir yerdədir. Vəfatından 493 il keçməsinə baxmayaraq Şah İsmayıl bu günə qədər xalqın tarixində və yaddaşında yaşayır və yaşayacaq. Daha sonra çıxış edən valideyin Zərnişan Əhmədova (Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı) çox qısa, lakin bir bahadır ömrü yaşamış Şah İsmayıl Xətaini Azərbaycan ədəbiyyatı tarixində orijinal dəst-xətti və üslubu olan bir şair-sənətkar kimi, həm fiziki güc, həm ağıl və zəka, həm bədii istedad, həm də ədalət və insanlıq, mənəvi-ruhani xarakter baxımından nadir şəxsiyyət kim xarakterizə etdi. Daha sonra fəal oxuculardan Rəsul Vəliyev, Nərmin Hüseynli, Ləman Əliyeva, Aysu Abdullayeva öz qələmilə şerimizin inkişafında görkəmli bir şair kimi parlamış Şah İsmayıl Xətainin qoşma, gəraylı və bayatılarından nümunələr söylədilər.Sonda Qənimə Baqişova “Sənindir bu mənləkət, Azərbaycan övladı” adlı kitab sərgisində Ş. İ. Xətainin həyatı, döyüş yolu və yaradıcılığının əsas tarixləri, aforizmləri, görkəmli şəxslərin Xətai haqqında fikirləri, şairin kitabları və dövrü mətbuatda çap olunmuş əsərləri haqqında xülasə verdi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid