SumgaitLibrary

+994 186520087


Sərgi

13.07.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxananın Oxu zalında Şah İsmayıl Xətainin 530 illiyi ilə əlaqədar “Sərkərdə dövlət qurucusu və şair” adlı sərgi təşkil edilmişdir. Tədbirdə oxuculara Metodika-biblioqrafiya şöbəsinin baş biblioqrafı Nazxanım Cəfərova məlumat verərək qeyd etdi ki, Şah İsmayıl Xətai Azərbaycan xalqının tarixinə görkəmli dövlət xadimi və istedadlı bir şair kimi daxil olmuşdur. Şairin ədəbi irsi Azərbaycan dilində yazılmış “Divan” dan, ibrətamiz mənzumələrdən, lirik qoşmalardan, “Nəsihətnamə” adlı məsnəvidən və “Dəhnamə” poemasından ibarətdir. Xətai öz yaradıcılığında xalq dilindən, əruz və heca vəznlərindən, folklordan istifadə etmişdir. Daha sonra sərgidəki ədəbiyyatlar haqqında ətraflı məlumat verildi.