SumgaitLibrary

+994 186520087


Oxucu konfransı

12.07.2017-ci il tarixində M.Ə.Rəsulzadə adına kitabxana filialda M.F.Axundovun 205 illik yubileyinə həsr olunmuş “Böyük mütəfəkkir” başlığı altında oxucu konfransı keçirildi. Tədbirdə kitabxananın müxtəlif yaş qruplarında olan oxucuları iştirak etdi. Tədbiri kitabxananın böyük kitabxanaçısı Şərəf Əliyeva açaraq bildirdi ki, Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatının ən qabaqcıl ənənələrini davam etdirərək, təkcə bir yazıçı və şair kimi deyil, həm də alim, filosof, ictimai xadim kimi çıxış edir, bütün yaradıcılığının qayəsini xalqının xoşbəxt həyatının təmin edilməsində görürdü. Mirzə Fətəli Axundovun həyat və yaradıcılığından geniş söhbət açan Şərəf xanım qeyd etdi ki, Mirzə Fətəli Axundov Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Əski ədəbiyyatdan, Şərqin yekrəng, qəzəl, qəsidə və rübai ədəbiyyatından birinci olaraq ayrılıb yeni bir ədəbiyyat şəklinə ayaq basan və Azərbaycan teatr ədəbiyatının ilk təməl daşını qoyan ədibdir. .Sumqayıt Dövlət Universitetinin Tələbələri Kənan Qubadov, Fidan Musayeva da Mirzə Fətəli Axundovun əsrlərindən, həyat və yaradıcılığından geniş danışaraq, ictimai xadim kimi də xidmətlərini qeyd etdilər.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid