SumgaitLibrary

+994 186520087


Təmsil saatı

08.07.2017- ci il tarixində Mərkəzi uşaq kitabxanasında “mütaliə həftəsi” çərçivəsində görkəmli satirik şair M.Ə.Sabirin satiraları əsasında “Güldürüb düşündürən şair” adlı təmsil saatı keçirilmişdir. Tədbirin aparıcısı kitabxananın multimedia mütəxəssisi Qənimə Baqişova ilk olaraq epik növün ən qədim janrlarından biri olan təmsilin alleqorik mahiyyətli, tarixi qaynaqları, Azərbaycan ədəbiyyatında təmsilin ilk nümunələri və N. Gəncəvi, A. Bakıxanov, Q. Zakir, S. Ə. Şirvani, M. Ə. Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi şairlərin təmsil janrının inkişafındakı xüsusi rolu haqqında məlumat verdi. Sonra o, görkəmli satirik şair Mirzə Ələkbər Sabirin poetik yaradıcılığında xüsusi ilə diqqqəti çəkən təmsilləri haqqında məlumat verdi. O, şairin “Ağacların bəhsi” təmsilini ucadan oxudu və təmsilin izah edərək bildirdi ki, sənətkar “Ağacların bəhsi”ndə üç ağacı qarşılaşdırır: palıd öz nəhəngliyi ilə, alma dadlı meyvələri ilə, şam isə qışda da yamyaşıl olması və ev tikənlərə gərəkliyi ilə öyünür. Deməli, təbiətdə lazımsız heç bir şey yoxdur. Barlı ağac meyvəsi ilə insanlara fayda verdiyi kimi, barsız ağacın da öz dəyəri, öz yeri var . Daha sonra tədbir oxucuların çıxışları ilə davam etdi. Fidan Məmməszadə şairin “Qoca bağban”, Rəsul Vəliyev və Nigar Nadirli “İpəkqurdu və hörümçək”, Nərmin Hüseynova “Tülkü və qarğa”, Hüseynova Nəzrin “Təbib və xəstə” təmsillərini, Əminə Bağırova “Uşaq və buz” şeirini söylədilər. Sonra Qənimə Baqişova “Sözlə tikilən sənət mülkü” adlı kitab sərgisi haqqında məlumat verdi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid