SumgaitLibrary

+994 186520087


Nağıl saatı

06.07.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasının müdiri Nailə Tağıyeva mütaliə həftəsi çərçivəsində 4 saylı “Çobanyastığı” körpələr evi uşaq bağçasında iki qrupda “Biri var idi, biri yox idi” adlı nağıl saatı keçirdi. Nağılların uşaqların həyatında oynadığı mühüm rolundan danışan Nailə Tağıyeva sonra uşaqlara azyaşlılar üçün nəzərdə tutulan “Körpəmin nağılları” kitabından “Şir və dovşan”, “İt və timsah”, “Tülkü və hacıleylək”, “Siçan və pişik”, “İki dost və ayı” nağıllarını oxudu. Oxunmuş nağıllar əsasında verilmiş sualları körpə fidanlar özləri dərk etdikləri kimi cavablandırdılar. Sonda o, uşaqlara bildirdi ki, biz nagıllarımızda insana xas olmayan mənfi keyfiyyətləri özümüzdən uzaqlaşdırmalı, müsbət qəhrəmanların yolu ilə getməyə üstünlük verməliyik. Dostluğa sədaqətli olmalı, insanlara yaxşılıq etməli, edilən yaxşılığı unutmamalı, böyüklərə hörmət etməli, heyvanları sevməliyik.