SumgaitLibrary

+994 186520087


Viktorina

03.07.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında “Mütaliə həftəsi” ilə əlaqədar “Kim?Harada?Necə?” intellektual klubun üzvlərinin iştirakı ilə “Danış, de, nə bilirsən nağıllar aləmindən” adlı viktorina keçirilmişdir. Uşaqlarda yay tətili günlərində asudə vaxtın səmərəli keçirilməsi, eyni zamanda, mütaliəyə qarşı həvəs, sevgi və marağı əyləncəli üsullarla yaratmaq məqsədi ilə təşkil edilən bu tədbir Azərbaycan, rus, xarici ölklərə məxsus ən çox populyarlıq qazanmış nağııllar üzrə hazırlanmışdı. Tədbirin aparıcısı Səbinə Qasımova ilk öncə şifahi xalq ədəbiyyatı nümunələrinin mütaliəsinin vacibliyi haqqında qısa söhbətdən sonra komandaları bir-biri ilə tanış etdi və yarışın şərtlərini elan etdi. Üç turdan ibarət olan bu intellektual yarış: I turda hər komanda üçün ən geniş yayılmış, uşaqlar tərəfindən sevilə-sevilə oxunan 5 nağılın adı və onun süjet xətti haqqında məlumatın verilməsi, monitorda işıqlandırılan nağıl qəhrəmanları içərisindən baş qəhrəmanın şəklinin düzgün təyin edilməsi; II turda kitabxanaçı tərəfindən oxunmuş sətirlərin hansı nağıla məxsus olduğunu daha tez müəyyən etmək(oxunan sətirlər nağılın əvvəli, ortası və sonundan seçilmişdi), III turda isə şifahi xalq ədəbiyyatı nümunələrindən olan atalar sözləri (yarıya qədər oxunmuş atalar sözlərinin tamamlanması), tapmaca(düzgün cavabların tapılması) və bayatılar əsasında(daha çox bayatı söyləmək tələb olunurdu) hazırlanmışdı. Yarışın əvvəlindən üstünlük qazanmış “Günəş” komandasının üzvləri Zeynab Zəkizadə, Leyla Seyfullayeva, Fidan Qurbanova, Nəzrin Muxtarova, Nadir Quluzadə, Süleyman Heydərzadə sonadək əzmlə mübarizə apararaq yekdilliklə yarışın qalibi seçildilər. Qalib komanda, eləcə də, yarış iştirakçılarının hər biri kitabxana adında kiçik hədiyyələrlə mükafatlandırıldı.