SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

02.07.2017-ci il tarixində Gənclər kitabxanasında Azərbaycan polisi günü ilə əlaqədar “Sabitliyin və əmin-amanlığın keşiyində” adlı informasiya saatı keçirilmişdir. Tədbiri giriş sözü Ilə açan kitabxanaçı Əbdürəhmanova Sürəyya məruzə ilə çıxış edərək bildirib ki, ölkənin ərazi bütövlüyünün qorunması, dövlət çevrilişinə cəhdlərin qarşısının alınması,ayrı-ayrı qeyri-qanuni silahlı dəstələrin ləğv edilməsi, narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizə və digər dövlət və ümumxalq əhəmiyyətli məsələlərdə Azərbaycan polisi daim öndə olmuş, öz vəzifəsini peşəkarcasına yerinə yetirmişdir: “Bu bayram günündə bir məsələni də xüsusi ilə qeyd etmək vacibdir ki, ulu öndərimiz Heydər Əliyevin layiqli siyasi davamçısı olan ölkə Prezidenti İlham Əliyev Azərbaycan cəmiyyətinin bütün vətəndaşlarına olduğu kimi, Daxili İşlər Nazirliyi sistemndə çalışanlara da daim diqqət və qayğı göstərir. Məhz həmin qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan polisi regionun ən peşəkar, intellektual səviyyəli hüquq-mühafizə orqanlarındandır.