SumgaitLibrary

+994 186520087


Hekayə saatı

02.07.17-ci il tarixində M.Ə.Sabir adına kitabxana filialda nasir, publisist Tağı Şahbazi Simurğun 125 illiyinə həsr edilmiş hekayə saatı keçirildi. Tədbiri kitabxananın müdiri H. Pirimova açaraq yazıçı, pedaqoq, İçtimai xadim Tağı Şahbazinin həyat və yaradıcıliğı barədə məlumat verdi. Kitabxananın oxucusları Ömərova Nuray,Qulizadə Mələk, Zülfüqarova Aydan, Kərimli Nəzrin, Əliyev İbrahim, Əliyeva Kamilə, Əliyeva Zəhra oxuduqları ,,Qayçı “ hekayəsində Məhəmmədin acınacaqlı həyatından, Məşədi Salmanın qəddarlığını, onun acımazlığınıdan söhbət açdılar. Bir qayçının tapılmamasına görə Məhəmmədin təndirə atan Salman obrazını nifrətlə müzakirə etdilər. Tədbir oxucular tərəfindən maraqla qarşılandı.