SumgaitLibrary

+994 186520087


Hekayə saatı

30.06.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında “Bir yazıçı-bir kitabxana” layihəsi çərçivəsində Zahid Xəlilin yaradıcılığına həsr olunmuş hekayə saatı keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Nailə Tağıyeva bir ömürdə həm yazıçılıq, həm jurnalistlik, həm alimlik, həm də müəllimlik sənətini məharətlə sintez halında birləşdirən Zahid Xəlilin yaradıcılıq fəaliyyəti haqqında qısa məlumat verdi və bildirdi ki, hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Uşaq Ədəbiyyatı” kafedrasının müdiri vəzifəsində çalışan Zahid Xəlil hələ də uşaqlar üçün yazıb-yaratmaqdadır. 30 kitabın müəllifin olan Zahid Xəlilin əsərləri müxtəlif yaşlı uşaqların, o cümlədən gənclərin təlim-tərbiyəsində, bədii-estetik zövqünün formalaşmasında, bilik dairəsinin daha əhatəli genişlənməsində, mənəvi-əxlaqi dəyərlərin bütövləşməsində mühüm rol oynamışdır. Daha sonra N.Tağıyeva Zahid Xəlilin hekayə yaradıcılkığı haqqında məlumat verərək bildirdi ki, bütün hekayələri özünün rəngarəngliyi ilə güclü bir yazıçı təxəllüyünün, fantaziyasının məhsulu olub, xeyir qüvvələri şərə qarşı qoyur. Sonra o, yazıçının “Yalançı sözlər”, “Aytən və Nazim” hekayələrini uşaqlar üçün oxuyaraq onlarla birgə hekayəni təhlil etdi. N.Tağıyeva uşaqlara “Yalançı sözlər” hekayəsinin təhlili zamanı yalançı sözlərin nə qədər qorxunc olduğunu, pis aqibətini, “Nazim və Aytən” hekayəsində istər canlı, istərsə də cansız aləmə qarşı kobud rəftarın acı nəticəsini izah etdi. Sonda Nailə Tağıyeva tədbir iştirakçılarına Zahid Xəlil yaradıcılığına həsr olunmuş “Uşaqların yaxın dostu – Zahid Xəlil ” adlı kitab sərgisi və oxucuların Zahid Xəlilin nağıl və şeirlərinə həsr etdikləri illüstrasiyalar haqqında məlumat verdi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid