SumgaitLibrary

+994 186520087


Əyləncə saatı

30.06.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi uşaqların asudə vaxtının səmərəli təşkili ilə əlaqədar “Oxuyuruq,oynayırıq, istirahət edirik, səmərəli vaxt keçiririk” adlı əyləncə saatı keçirdi.Tədbir parkda açıq səma altında keçirildi. Uşaq şöbəsinin əməkdaşları bu ilin “Biblioqrafiya ili” elan olunması ilə əlaqədar parkda istirahət edən sakinlər üçün “Yay+Kitab=Mən” başlığı altında səyyar sərgi təşkil etdilər. Uşaq şöbəsinin müdiri Y.Hüseynova “1 Yazıçı – 1 Kitabxana” layihəsinə uyğun olaraq yazıçı Hüseyn Abbaszadənin 95 illiyi ilə əlaqədar təşkil edilmiş “Dünyadan gör necə insanlar gedib” sərgisi ilə həftə ərzində gələn oxucularla yanaşı sakinləri də tanış etdi və onun əsərlərini oxumağı tövsiyə etdi. Uşaqlar yaşıllığın qoynunda əyləşərək kitab oxudular. Sonra Məmişov Nihadın tarda ifası və qardaşı Muradın muğam oxuması sevinclə qarşılandı. Onlar musiqi sədaları altında şahmat, domino, ipatdı və s.kimi əyləncəli oyunlar oynadılar. Tədbir uşaqların böyük marağına səbəb oldu.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid