SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

24.06.2017-ci il tarixdə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində 26 iyun - Narkomaniya və narkobiznesə qarşı mübarizə günü ilə əlaqədar informasiya saatı keçirildi.Tədbirdə uşaq şöbəsinin böyük kitabxanaçısı Z.Məmmədova oxuculara mövzu ilə əlaqədar geniş məlumat verərək bildirdi ki, narkomaniya insanın səhhətini və mənəviyyatını təhlükədə qoymaqla yanaşı bəşəriyyətin yaratdığı sivilizasiya üçün təhlükə törədir. Narkomaniyaya düçar olmuş şəxs psixi cəhətdən normal qala bilmir, özünün ən yaxşı mənəvi xüsusiyyətlərini məhv edərək yaddaşını, dostlarını və ailəsini itirir, cinayətkar aləmə cəlb olunur, ətrafdakılara bəlalar gətirir və nəhayət özünü cismani cəhətdən məhv edir. Biz hamılıqla insanları, xüsusilə də gənclərimizi bu xoşagəlməz vərdişlərdən uzaqlaşdırmağa və genefondumuzu yad təsirlərdən qorumağa çalışmalıyıq.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid