SumgaitLibrary

+994 186520087


Virtual ekskursiya

18.06.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində İslam həmrəyliyi ili ilə əlaqədar “İslam ölkələrinə səyahət” adlı virtual ekskursiya keçirilmişdir. Tədbiri uşaq şöbəsinin böyük kitabxanaçısı Z.Məmmədova açaraq iştirakçılara bildirdi ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır.Tədbirdə Sumqayıtın fəal yazarlarından biri olan Hafiz İmamnəzərli Azərbaycanın tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verməsindən bəhs etdi. Sonra mövzu ilə bağlı videoçarx izlənildi.