SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

17.06.2017-ci il tarixində Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi M.Ə.Rəsulzadə adına kitabxana filialı ilə birlikdə İnsan hüquqları Günü ilə əlaqədar “Hüquq-Borc-Vəzifə” adlı dəyirmi masa keçirmişdir. Tədbiri M.Ə.Rəsulzadə adına kitabxana filialının müdiri O.Qafarova açaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüs ilə ölkəmizdə mayın 18-dən iyunun 18-dək elan olunmuş İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər keçirilir. Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Y.Hüseynova qonaq qismində dəvət etdiyi gənc yazar, hüquqşünas, bir çox önəmli seminarlarda sertifikat qazanmış Lalə Məhərəmlini iştirakçılara təqdim etdi. L.Məhərrəmli insan hüquqlarından geniş danışaraq vurğuladı ki, insan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən zəif, müdafiəsiz olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Çıxış edən iştirakçılar da mövzu ətrafında fikirlərini bölüşdülər.Dəyirmi masa uşaqların çox maraqlı müzakirələri ilə yekunlaşdı.