SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

16.06.2017-ci il tarixində Səməd Vurğun adına Mərkəzi Kitabxana və Şəhər Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Qanunin Aliliyi Hüquq Resurs Mərkəzində 18 İyun- İnsan Hüquqları günü ilə əlaqədar olaraq “İnsan hüquqları bölünməzdir” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri Şəhər Mədəniyyət Evinin əməkdaşı açıq elan etdi. Qeyd etdi ki, 18 iyun - Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib Ekspert qismində Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zemfira Mustafayeva, hüquqşünas Ədalət Qafarov iştirak edirdilər. Tədbirdə Azərbaycan da insan hüquqları gününün təsis olunması, insan hüquqları anlayışı və mahiyyəti, insan hüquqlarını və azadlıqlarını özündə yüksək səviyyədə ifadə edən beynəlxalq sənədlər, insan hüquqlarının pozulması və s. Mövzular müzakirə edilmişdir. İştirakçıların suallarına ekspertlər ətraflı cavab verdilər. Tədbir kitabxana oxucularının və iştirakçıların böyük marağına səbəb oldu.