SumgaitLibrary

+994 186520087


Milli Qurtuluş Günü

10.06.2017-ci il tarixində Gənclər kitabxanası Laçın rayonu 5 saylı tam orta məktəbdə Milli Qurtuluş Günü ilə əlaqədar “Tarixi taleyimizin qayıdış səhifəsi” adlı tədbir keçirilmişdir.Tədbiri kitabxananın multimediya mütəxəssisi Əbdürrəhmanova Sürəyya açaraq Milli Qurtuluş Gününün tariximizdəki rolu haqqında məlumat verdi. O bildirdi ki, 24 il əvvəl xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub. Bu qayıdışdan sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafı və möhkəmlənməsinə zəmin yaradıb. Ölkəmizi regionda söz sahibinə çevirib. Məhz Ulu Öndərin sağlam təməllər üzərində qurduğu siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, Azərbaycan tarixində 15 iyun qayıdışı olmasaydı bu gün Azərbaycan adlı bir məmləkət yer üzərində olmayacaqdı. Sonda məktəblilər Heydər Əliyevə aid şeirlər söyləmiş, öz fikirlərini bildirmişlər.