SumgaitLibrary

+994 186520087


Görüş

18.05.2017-ci il tarixində S. Vurğun adına Mərkəzi Kitabxanada “Oxucularla üz-üzə” silsiləsindən detektiv əsərlər müəllifi, yazıçı-hüquqşünas Əlisəfa Azayevlə görüş keçirildi. Tədbirdə MKS-in oxucuları və 5 nömrəli tam orta məktəbin şagirdləri iştirak etdilər. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq tədbirin mahiyyəti haqqında iştirakçıları məlumatlandırdı, vurğuladı ki, qələmə aldığı hər bir hadisədə maraqlı sujet xətti qurmaq, oxucunu intizarda saxlamaq, qəhrəmanlarının mənəviyyatını ustalıqla açmağı bacarmaq Əlisəfanı oxucularına sevdirən cəhətlərdəndir. Tədbirin gedişində müəllifə həsr edilmiş videoçarx izlənildi. Sonra Əlisəfa Azayev həyat və yaradıcılğı haqqında qısa olaraq oxucuları məlumatlandırdı. Tədbir boyu müəllifə əsərləri ilə əlaqədar suallar ünvanlandırıldı. Müəllif sualları cavablandırmaqla bərabər öz xatirələrini oxucularla bölüşdü. Sonda MKS-in direktoru Yeganə xanım Əhmədova müəllifə təşəkkür edərək ona yaradıcılıq uğurları arzuladı.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid