SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

15.05.2017-ci il tarixində S. Vurğun adına Mərkəzi kitabxananın əməkdaşları 15 May-Beynəlxalq Ailə Günü ilə əlaqədar Qanunun Aliliyi Hüquq Resurs mərkəzində dəyirmi masa kecirdi. Tədbirdə 5 saylı məktəbin şagirdləri iştirak etdi. Tədbiri giriş sözü ilə abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq ailə dəyərlərindən bəhs etməklə vurğuladı ki, ailə Azərbaycanda bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Tədbirdə 34№-li məktəbin psixoloqu Sevda Mustafayeva çıxış edərək ailədə valideyn-övlad münasibətlərinə toxundu. Tədbirdə eləcə də Mərkəzi kitabxananın elmi katibi Pərvanə Qasımova, MBŞ-nin metodisti Natəvan Axundzadə, 5 saylı məktəbin kitabxanaçısı Şirin Abdullayeva çıxış etdilər. Sonda məktəblilər psixoloqa öz suallarını ünvanladılar.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid