SumgaitLibrary

+994 186520087


İslam Həmrəyliyi Oyunları

14.05.2017 tarixində S. Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar tədbir keçirildi. Tədbiri kitabxanaçı Məhəmmədova Sevda açaraq bildirdi ki, bütün müsəlman ölkələri ilə əlaqələrini dostluq, qarşılıqlı hörmət prinsiplər üzərində quran Azərbaycan bu gün dünyada müsəlman aləmində baş verən qarşıdurmalara, müharibələrə son qoyulması üçün öz imkanlarından maksimum istifadə edir. Sonra söz İslam Həmrəyliyi Oyunları haqqında məlumat vermək üçün İslam Oyunlarının könüllüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci kurs tələbəsi Abdullayev Samirə verildi. O, İslam oyunlarının açılışından, atletlər şəhərciyindən, könüllülərin öhdəsinə düşən vəzifələrdən söhbət açdı, oxucuları maraqlandıran sualları cavablandırdı.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid