SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

14.05.2017-ci il tarixində M. Ə. Rəsulzadə adına kitabxana filialında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar “Mədəniyyətlərarası dialoq, sülh, insan təhlükəsizliyi və davamlı inkişaf” mövzusunda dəyirmi masa təşkil olundu. Tədbirdə tarixçi, muzeyşunas, "Virtual qarabağ Muzeyi" layihəsinin məqalə müəllifi Hacı Hacıyev, Demokratik Gənclər İctimai Birliyinin müavini Təranə İsmayılova, Sumqayıt Dövlət Universitetinin YAP Gənclər Birliyinin sədri Umid Məlikov və birliyin üzvləri və kitabxananın fəal oxucuları iştirak etdilər. Tədbiri kitabxananın müdiri Ofelya xanım açıq elan edərək bildirdi ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, YUNESKO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüsdür. Çıxış edən qonaqlar bildirdilər ki, Azərbaycan xalqının istəyi bütün xalqların, bütün dinlərin nümayəndələrinin bir-biri ilə sıx təmasda olmasıdır. Sonda tədbir maraqlı diskussiya ilə yekunlaşdı.