SumgaitLibrary

+994 186520087


Kitab bayramı

12.07.2017-ci il tarixində Sumqayıt Şəhər Mədəniyyət Evinin qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş IX ənənəvi kitab bayramı keçirilib. Kitab bayramında "Qarabağ qan yaddaşımız”, "Heydər Əliyev və Azərbaycan tarixi”, "Böyük yolun davamçısı”, "Biz vətənin əsgəriyik”, "Sumqayıtın söz dünyası”, "Nağıllar aləminə səyahət” və digər başlıqlar altında ölkəmizin tarixinə, ictimai-siyasi həyatına, İslam həmrəyliyinə həsr olunan, o cümlədən müxtəlif elm sahələrini əhatə edən ümumilikdə, 1000-dən çox ədəbiyyat nümayiş etdirilib. Şəhər ziyalılarının, mədəniyyət və təhsil işçilərinin qatıldığı tədbirdə Sumqayıtın tanınmış ziyalısı, publisist, yazıçı, Əməkdar Jurnalist Eyruz Məmmədov çıxış edərək, bayram münasibətilə oxucu və kitabxanaçıları təbrik edib, xoş arzularını çatdırıb. Daha sonra Səməd Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq Poeziya Teatrının üzvlərinin ifasında vətənpərvərlik mövzusunda kompozisiya, Mərkəzi Uşaq Kitabxanasının və Nizami Gəncəvi adına Kitabxana Klubunun oxucularının ifasında şeir nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə Sumqayıt Şəhər Mədəniyyət Evinin və Abşeron rayon Novxanı Kənd Sənətkarlıq Klubunun özfəaliyyət kollektivləri birgə konsert proqramı ilə çıxış ediblər. "Aypara” və "NİCE” rəqs qruplarının, "Xəzər ulduzları” mahnı və rəqs ansamblının ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri, o cümlədən meyxanaçıların, gənc müğənnilərin ifaları tədbirə xüsusi ovqat qatıb.Sonda çıxış edən Sumqayıt Mərkəzi Kitabxana Sisteminin direktoru Yeganə Əhmədova əminliyini bildirib ki, belə tədbirlər oxucuların kitabxanalara cəlb olunmasında, mütaliə maraqlarının artırılmasında böyük rol oynayacaq. Fəal oxuculara fəxri fərmanlar təqdim edilib.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid