SumgaitLibrary

+994 186520087


Şifahi jurnal

08.05.2017-ci il tarixində S. Vurğun adına Mərkəzi Kitabxanada Şuşanın işğalı ilə əlaqədar tədbir keçirildi. Tədbirdə 5 nömrəli tam orta məktəbin şagirdləri və kitabxananın oxucuları iştirak edirdi. Əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Abonement şöbəsinin müdiri Zemfira Mirzəyeva açaraq Şuşa şəhərinin tarixi haqqında məlumat verdi. BDU-nun Tarix fakültəsinin müəllimi Aydın Məmmədov çıxış edərək bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın Şuşada Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmasından bəhs edərək tarixin bir çox gerçəkliklərinə toxundu. SDU-nun Tarix fakültəsinin tələbəsi Fəqan Səfərəliyev, Metodika-Biblioqrafiya şöbəsinin baş biblioqrafı Nazxanım Cəfərova çıxış edərək Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışdılar. Sonra Şuşanın işğalı ilə əlaqədar videoçarx izlənildi. Daha sonra MKS-in direktoru Yeganə xanım çıxış edərək bir çox faktlara toxundu. Sonda qeyd edildi ki, bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq!




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid