SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

08.05.2017-ci il tarixində Gənclər kitabxanasında Qızıl Aypara Cəmiyyəti, Texniki Kollec və 12 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masa Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra “Heydər Əliyev - Dahi şəxsiyyət” sənədli filmi nümayiş olundu. Daha sonra tədbirdə Azərbaycan mədəniyyətinin inkişafında, təbliğində, dünyada tanıdılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıldı, Ümummilli Liderimizin Azərbaycan və dünya mədəniyyətinə böyük incilər bəxş etmiş görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi, əsərlərinin təbliği, maddi-mədəni irsimizin qorunması istiqamətlərində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən geniş bəhs edildi. Vurğulanmışdır ki, dahi rəhbər Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətinin, qoyub getdiyi zəngin irsin tədqiq və təbliği daim xüsusi əhəmiyyət kəsb edən bir məsələdir. Qeyd olunmuşdur ki, “Ümummilli liderin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti əyani şəkildə xalqımıza və bütün beynəlxalq aləmə sübut etmişdir ki, Heydər Əliyev ideyaları yaşayır və xalqımızı xoşbəxt gələcəyə aparan yolu daima işıqlandırır. Tədbirin sonunda “Dəyirmi masa”nın iştirakçıları Azərbaycan mədəniyyətinin hamisi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış oldular.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid