SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

06.05.2017-ci il tarixində Gənclər kitabxanasında Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan böyük kitabxanaçı Bağırova Rəhilə Azərbaycanla UNESCO arasında əməkdaşlığın uğurlarından, bu baxımdan dünyada böyük nüfuz qazanan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən, UNESCO-nin Foruma böyük önəm verməsindən, xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərdən söhbət açdı. O qeyd etdi ki, dövlətimizin başçısının və Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirmişdir. Xüsusilə vurğulanmışdır ki,bu tədbir bütövlükdə dünyanın mədəni həyatında mühüm hadisə kimi yadda qalacaq və ölkəmizin beynəlxalq multikulturalizm məkanı olduğunu bir daha təsdiqləyəcək.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid