SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

04.05.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında yuxarı sinif şagirdlərinin iştirakı ilə 2-4 may tarixində Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr edilmiş “Azərbaycan beynəlxalq əməkdaşlıq meydanıdır” adlı dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Nailə Tağıyeva Azərbaycan Prezidentinin ideya müəllifi, təşəbbüsçüsü və təşkilatçısı olduğu forumun ölkəmizin dünya miqyasındakı reytinqinin daha da yüksəlməsindəki mühüm rolu, müzakirə ediləcək məsələlər haqqında qısa məlumat verdi. O bildirdi ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Bütövlükdə dünyanın mədəni həyatında mühüm hadisə kimi yadda qalacaq və ölkəmizin beynəlxalq multikulturalizm məkanı olduğunu bir daha təsdiqləyəcək bu forum çərçivəsində insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları müzakirə ediləcəkdir. Tədbir zamanı münaqişə və ekstremizmin qızların təhsilinə vurduğu ziyanlar haqqında dəyirmi masa iştirakçılarının fikirləri də dinlənildi. Sonra tədbir iştirakçıları “Bu gün Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə tanınmış mərkəzdir” adlı videosüjet izlədilər.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid