SumgaitLibrary

+994 186520087


Dəyirmi masa

30.04.2017-ci il tarixində S. Vurğun adına Mərkəzi Kitabxananın incəsənət şöbəsində “1 Yazıçı-1 Kitabxana” layihəsi çərçivəsidə “Məmməd Araz yaradıcılığında vətənpərvərlik” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri şöbənin müdiri Aidə Qələndərova açaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verdi. Sonra gənc şairə Pərvanə İlyasova şairin yaradıcılığından söhbət açdı və Məmməd Araza həsr etdiyi şeiri söylədi. ”Hədəf” kursunun sosial işlər üzrə meneceri Gülər Əhmədin hazırladığı slayd nümayiş olundu. “Hədəf” kursunun və 26 saylı məktəbin şagirdləri şairin yaradıcılığı ətrafında müzakirələr apardılar. Oxucuların ifasında şairin şeirləri səsləndi. Sonda kitabxanaçı İskəndərova Məlahət tədbir iştirakçılarını şöbədə təşkil olunmuş “Poeziyamızın Araz çinarı” adlı sərgi ilə tanış etdi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid