SumgaitLibrary

+994 186520087


Viktorina

30.04.2017-ci il tarixində Mərkəzi uşaq uşaq kitabxanasında “Kim? Harada? Necə?” intellektual klubunun üzvlərinin iştirakı ilə “Sirli və əyləncəli riyaziyyat” adlı viktorina keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi İbrahimova Müjgan əvvəlcə iştirakçılara elmlərin “şah”ı sayılan riyaziyyat elminin tarixi, əhəmiyyəti, görkəmli riyaziyyatçılar, riyaziyyat haqqında müdrik fikirlər, riyaziyyat fənninə aid maraqlı elmi faktlar haqqında məlumat verdi. Sonra “Düzbucaqlı”, “Kvadrat”, “Silindr” komandaları arasında bilik yarışması başlandı. Viktorina riyazi məsələlər, məntiqi suallar, “Riyaziyyatı niyə sevirəm?” ev tapşırığı əsasında üç turda keçirildi. Turlararası fasilədə iştirakçılar “Riyaziyyat haqqında bildiklərimiz və bilmədiklərimiz” adlı videoçarx, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Riyaziyyat dahiləri” adlı slayd izlədilər. Sonda yarışın münsiflər heyətinin sədri Mərkəzi uşaq kitabxanasının müdiri Nailə Tağıyeva “Düzbucaqlı” komandasını daha yaxşı nəticə ilə qalib olduğunu elan etdi. Onun təqdimatından sonra yarış iştirakçılarına hədiyyələr təqdim edildi.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid