SumgaitLibrary

+994 186520087


Parad

29.04.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında N.Tusi adına 12 saylı məktəbin 2-ci sinif şagirdlərinin iştirakı ilə nağıl qəhrəmanlarımıza olan marağın artırılması məqsədilə milli və dünya xalqları nağılllarının əsas qəhrəmanlarının paradı keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova tədbirin mahiyyəti, məqsədi, Azərbaycan folklorunun mühüm janrlarından biri olan nağıllarda xalqımızın çoxəsrlik tarixi, məişət tərzi, dünyagörüşü, adət-ənənələri, qəhrəmanlığı, mübarizəsi, istək və arzularının özünəməxsus şəkildə əks etdirilməsi, onların uşaqların düşüncə tərzinin, yaddaşının, danışıq qabiliyyətinin, mütaliə mədəniyyətinin inkişafındakı əvəzedilməz rolu haqqında qısa məlumat verdi. Sonra o, uşaqlarla müxtəlif nağıllar əsasında hazırlanmış “Tap görək biz hansı kitabdanıq”, “Sirli qutu” oyunları, “Tez sual-tez cavab” blisturnir, “Sehrli əşyalar”, “Nağıl qəhrəmanımızın dostunu tap” konkurslarını keçirdi. Sonra söz balacalara verildi. Uşaqların Azərbaycanın nağıl qəhrəmanları Cırtdan, Tıq-tıq xanım, Siçan bəy və dünya xalqlarının və yazarlarının nağıl qəhrəmanları olan Buratino, Malvina, Çəkməli pişik, Karlson, Qırmızıpapaq bə digərlərinin görüşünü əks etdirən bədii kompozisiya ilə çıxışları maraqla qarşılandı. Məktəblilərin ifasında Abdulla Şaiqin “Tıq-tıq xanım”, “Turp” rus xalq nağılları əsasında hazırlanmış səhnəciklər təqdim edildi. İkincilərin birgə ifasında “Cırtdan və Div” mahnısı səsləndi. Son söz olaraq çıxış edən Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Tədbirin sonunda iştirakçılar dünya xalqlarının adət-ənənələri, mədəniyyəti, folkloru, xalq qəhrəmanlarından bəhs edən uşaq kitablarından ibarət sərgi ilə də yaxından tanış oldular.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid