SumgaitLibrary

+994 186520087


Ədəbi bədii gecə

27.04.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına müvafiq olaraq, Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə “Var şirin sözü Vaqifin” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova Molla Pənah Vaqif yaradıcılığından danışaraq onun Azərbaycan ədəbiyyatında və tarixində xüsusi rolu haqqında məlumat verdi. Sonra tədbir İsmət Qayıbov adına 1 saylı orta məktəb şagirdlərinin iştirakı ilə hazırlanmış bədii hissə ilə davam etdirilmişdir. Şagirdlər şairin qoşmalarından, müxəmməslərindən ibarət şeir çələngi ilə çıxış etdilər. Tədbirdə həmcinin şairin “Durnalar” rədifli qoşmasına bəstələnmiş mahnı ifa edildi, S.Vurğunun “Vaqif” dramından səhnəciklər nümayiş olundu. Tədbirin sonunda çıxış edən kitabxananın müdiri Nailə Tağıyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirdilər. Sonra tədbir iştirakçıları Mərkəzi uşaq kitabxanasının fondunda olan kitablardan ibarət şairin zəngin həyat və yaradıcılığını özündə əks etdirən “Vaqif, yad et səni yad eyləyəni” adlı geniş sərgi ilə tanış oldular.




Friend link:Nike Huarache Mens Shoes,Nike Air Jordan Sky High OG Shoes,Nike Air Max 1 Ultra SE Shoes,Nike Air Max 2016,2017 Nike Air Max,Nike Air Max 90 Mid