SumgaitLibrary
+994 186520087
Haqqımızda
Fəaliyyətimiz
Hüquqlar
İctimai hüquqi informasiya mərkəzi
Virtual Kitabxana
E - kataloq
E - Kitabxana
E - Kitablar
Aksiya
18.04.2017-ci il tarixində M. Ə. Sabir adına kitabxana filial Beynəlxalq Yer Günü ilə əlaqədar “Anamız yerə qayğı göstərək” adlı aksiya keçirmişdir. Tədbiri kitabxananın müdiri H. Pirimova açaraq 22 aprel Beynəlxalq Yer Gününün keçirilməsi haqqında danışdı və ətraf mühitin mühafizəsinin ictimaiyyət üçün əhəmiyyətindən söhbət açdı. O, çıxışında qeyd etdi ki insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkməli, yaşıllıqlara qulluq etməli, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləməlidirlər. Sonra oxucularla birlikdə kitabxana filialın yerləşdiyi ərazi tullantılardan, alaq otlarından təmizləndi, ağacların dibləri belləndi və güllərin əkilməsi üçün yer düzəldildi.