SumgaitLibrary

+994 186520087


Səhərcik

13.04.2017-ci il tarixində S. Vurğun adına Mərkəzi Kitabxananın incəsənət şöbəsi bəstəkar Qəmbər Hüseynlinin doğum günü münasibətilə 62 saylı “Cırtdan” uşaq bağçasında “Uşaqların sevimli bəstəkarı” adlı səhərcik keçirdi. Tədbir “Cücələrim” rəqsi ilə başladı. Sonra kitabxanaçı Məhəmmədova Sevda uşaqlara Qəmbər Hüseynli haqqında məlumat verdi. O qeyd etdi ki, ”Cücələrim” mahnısı 100-dən çox dilə tərcümə olunub, “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil edilib. Sonda tədbir iştirakçıları birlikdə “Cücələrim” mahnısını oxudular.