SumgaitLibrary

+994 186520087


M.P.Vaqif - 300

08.04.2017-ci il tarixində Gənclər kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2017-ci il tarixli sərəncamına müvafiq olaraq, Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə “Azərbaycan ədəbiyyatında tənqidi realizmin banisi” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kitabxanaçı S.Əbdürrəhmanova Molla Pənah Vaqifin ədəbi irsindən, onun yaradıcılığının Azərbaycan poeziyasının gələcək inkişafına göstərdiyi təsirdən söhbət açdı. Sonra məktəblilərin ifasında Molla Pənah Vaqifin şeirləri səsləndirildi, ədəbi kompozisiya nümayiş etdirildi.