SumgaitLibrary

+994 186520087


Bacarıqlı əllər

05.03.2017-ci il tarixində Mərkəzi kitabxananın uşaq şöbəsində uşaqların asudə vaxtının səmərəli təşkili ilə əlaqədar “Bacarıqlı əllər” adlı tədbir keçirildi. Tədbiri uşaq şöbəsinin müdiri Y. Hüseynova açaraq uşaqlara uğurlar dilədi. Sonra Nazilə Salmanova rəngli kağızlardan istifadə etməklə açıqcanın hazırlanma qaydasını onlara göstərdi. Uşaqların hər biri öz bacarığını nümayiş etdirərək müxtəlif ölçülərdə və rənglərdə açıqcalar hazırladılar. Tədbirdə oxucuların müxtəlif əl işlərindən və rəsm əsərlərindən ibarət “Bizim rənglər dünyamız” adlı sərgi nümayiş etdirildi.