SumgaitLibrary

+994 186520087


Oxu günü

03.03.2017- ci il tarixində M. Ə. Sabir adına kitabxana filialında Fərman Kərimzadənin 80 illik yubileyinə həsr edilmiş oxu günü keçirildi. Tədbiri kitabxananın müdiri H. Pirimova açaraq Fərman Kərimzadə haqqında qısa məlumat verdi. Sonra 39 saylı məktəbin müəlliməsi Süleymanova Sevinc tədbir iştirakçılarına yazıçının həyat və yaradıcılığı haqqında məlumat verdi. Oxucular “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Qarlı aşırım”, “Qoca qartalın ölümü” romanlarının məzmununu danışdılar. Kitabxananın böyük kitabxanaçısı Nadirova Mehriban öz çıxışında Fərman Kərimzadənin kitabxanada olan əsərləri haqqında danışdı. Oxu günü bütün gün ərzində davam etdi.