SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

28.02.2017-ci il tarixində Mərkəzi uşaq kitabxanasında 12 saylı məktəbin 5-ci sinif şagirdlərinin iştirakı ilə 1988-ci ilin fevralında Sumqayıtda ermənilər tərəfindən törədilmiş hadisələrin 29-cu ildönümünə həsr olunmuş “Erməni təxribatı üçün seçilmiş şəhər” adlı informasiya saatı keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın müdiri Nailə Tağıyeva Sumqayıt hadisələrinin əsl mahiyyəti və baş vermə səbəbləri haqqında ətraflı danışdı. Sonra Nailə Tağıyeva xalqımızın başına gətirilmiş faciələrin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması istiqamətində şəhərimizdə görülmüş işlər haqqında da məlumat verdi. Daha sonra o, ”Sumqayıt danışan tariximiz” adlı sərgidə nümayiş etdirilən kitablarının qısa xülasəsini verdi. Sonda tədbir iştirakçıları Sumqayıt hadisələrindən bəhs edən “Sumqayıt 1988, Sovet İmperiyasının gizlinləri” adlı sənədli filmi izlədilər.