SumgaitLibrary

+994 186520087


Ədəbiyyat saatı

27.02.2017-ci il tarixində M.Ə.Sabir adına kitabxana filial 39 saylı orta məktəbin 11 c sinfində 1988-ci il Sumqayıt hadisələrinə həsr olunmuş “Hazırlanmış məkrli siyasət” adlı ədəbiyyat saatı keçirdi. Kitabxananın müdiri H.Pirimova Sumqayıt hadisələri haqqında qısa məlumat verdi. Kitabxananın böyük kitabxanaçısı M. Nadirova çıxış edərək bu hadisələrin əvvəlcədən hazırlanmış ssenari əsasında həyata keçirildiyini və Sumqayıt hadisələrinin Azərbaycan xalqına qarşı yönəlmiş təxribat olduğunu diqqətə çatdırdı.