SumgaitLibrary

+994 186520087


İnformasiya saatı

25.02.2017-ci il tarixində Gənclər kitabxanasında Milli Qəhrəmanlar Rövşən Hüseynovun 50, Ərəstun Mahmudovun 60 illik yubileyləri ilə əlaqədar 12 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə “İgidlərin şəhadət günü” adlı informasiya saatı keçirilmişdir. İlk öncə iştirakçılar Milli Qəhrəmanlar R. Hüseynovun və Ə. Mahmudovun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Böyük kitabxanaçı Bağırova Rəhilə bildirdi ki, Azərbaycan xalqı yalnız özünün yaratdığı maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə deyil, həm də böyük tarixi şəxsiyyətləri, sərkərdə və qəhrəmanları ilə də öyünə bilər. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarının şərəfli döyüş yolu haqqında məlumat verildi, şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirildi. Tədbirin sonunda Şəmistan Əlizamanlının ”Çağırır Vətən” şeiri səsləndirildi. Sonda bildirildi ki, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayan bu cür tədbirlər mütəmadi olaraq təşkil ediləcək.