SumgaitLibrary

+994 186520087


Xatirə günü

22.02.2017-ci il tarixində S.Vurğun adına Mərkəzi kitabxanada Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar “Xocalı unudulmur” adlı xatirə günü keçirildi. Tədbirin əvvəlində Xocalıda faciəli surətdə həlak olanların, eləcə də torpaqlarımızın azadlığı və suverenliyi yolunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Metodika-biblioqrafiya şöbəsinin böyük metodisti Natəvan Axundzadə açaraq Xocalı faciəsi haqqında məlumat verərək vurğuladı ki, faciədən 25 il keçməsinə baxmayaraq bu cinayəti törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Tədbirdə 14 saylı məktəbin tarix müəlliməsi Nuridə İmanquliyeva, şair Əşrəf Veysəlli, Xocalıda doğmalarını itirmiş ziyalımız Əli Teyyubov, Qarabağ veteranı, ehtiyatda olan mayor Vüsal Nəzərov çıxış edərək vurğuladılar ki, Xocalı faciəsinin acı nəticələrini hamı bilməli və daim xatirlamalıdır. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına catmalıdırlar.Vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. Tədbirin sonunda Xocalıya həsr edilmiş videocarx nümayiş etdirildi.