SumgaitLibrary

+994 186520087


Ədəbi-bədii gecə

18.02.2017-ci il tarixində Nizami Gəncəvi adına Kitabxana Klubda 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birgə 21 Fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş “Mənim dilim qibləgahım” başlıqlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbiri Kitabxana Klubun müdiri Zərnigar Babayeva açaraq hamını salamladı və sözü 4 saylı torta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Yeganə müəlliməyə verdi. O da ana dilinin tarixi, bu günü dövlətimizin ana dili günü ilə bağlı verdiyi sərəncamlardan geniş danışdı. Məktəbin şagirdləri, kitabxanamızın fəal oxucuları ana dilinə həsr olunmuş şeirlərdən nümunələr səsləndirdilər, səhnəcik və musiqi nömrələri nümayiş etdirdilər. Sonda kitabxanaçı Ayna Sadıqova “Ana dilim şirindir”başlıqlı sərginin xülasəsini verdi.