Onlayn :14 Bu gün : 168 Bu Ay : 14945 Bu İl : 66222 Cəmi : 1673928

S.Vurğun adına Mərkəzi şəhər kitabxanası

S.Vurğun adına Mərkəzi şəhər kitabxanası 1958-ci ildən fəaliyyət göstərir. 1966-cı ildən böyük şairimiz S. Vurğunun adını daşıyır. Sahəsi 633,8 kvadratmetrdir. S.Vurğun adına Mərkəzi şəhər kitabxanası Sumqayıt şəhər MKS-ə daxil olan bütün kitabxanalara metodik rəhbərlik edir. Mərkəzi kitabxanada oxucuya lazım olan materialları tapmağa, mövzu axtarışına kömək məqsədi ilə əlifba və sistemli kataloqlar, sistemli və ölkəşünaslıq kartotekaları tərtib edilmişdir. 2009-cu ildə S.Vurğun adına Mərkəzi kitabxananın www.sumlib.az ünvanlı veb-saytı yaradılmışdır. Həmçinin, 2009-cu ildə S. Vurğun adına Mərkəzi kitabxanaya yeni proqram – Avtomatlaşdırılmış Kitabxana Sistemi İRBİS–64 kitabxana proqramı alınmış, kitabxanada avtomatlaşdırılmış infrastruktur qurulmuş, elektron kataloq və elektron kitabxana yaradılmış, müntəzəm olaraq elektron kataloqun bazalarına və həmçinin elektron kitabxanaya dəyərli çap əsərlərinin yüklənməsi həyata keçirilmişdir. 2016-cı ildən S.Vurğun adına Mərkəzi kitabxanada İRBİS–64 kitabxana proqramı Vahid Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sistemi (ALİSA) proqramı ilə əvəz olundu. Kitabxananın kollektivi öz işini ali və orta-ixtisas məktəbləri, Yazıçılar Birliyinin Sumqayıt şəhər filialı, Gənclər və İdman Baş İdarəsi, Sumqayıt şəhər Təhsil şöbəsi, kütləvi informasiya vasitələri, Əli Kərim adına Poeziya klubu və digər mədəniyyət müəssisələri və Qeyri Hökumət Təşkilatları - Gözdən Əlillər Cəmiyyətinin Sumqayıt şəhər şöbəsi, Qanunun Aliliyi Hüquq Resurs Mərkəzi, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi və digər təşkilatlarla əlaqəli quraraq informasiyanı əhalinin bütün təbəqələrinə çatdırmaq, oxucuları mütaliəyə daha fəal cəlb etmək məqsədilə müxtəlif mövzularda disput, dəyirmi masa, ədəbi-bədii gecə, oxucu konfransı, kitab müzakirələri və görüşlər keçirir. Yaxşı işinə görə kitabxana Azərbaycan KP MK-nın Keçici Qırmızı Bayrağını almış /1973, 1978/, müxtəlif illərdə Respublika Mədəniyyət Nazirliklərinin, şəhər rəhbərliyinin fəxri fərmanları ilə təltif edilmiş, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin 3-cü Dərəcəli Diplomuna layiq görülmüşdür. /1980/, 18 yanvar 1977-ci ildə S.Vurğun adına Mərkəzi kitabxana Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən respublika kitabxanaları üçün təcrübə bazası elan edilmişdir və bu gün də bu ənənə davam etdirilir.
Ünvan: N.Nərimanov küçəsi, ev 43, Tel: (018) 642-27-64, (018) 644-26-95, (018) 652-00-87, (018) 644-38-05