Onlayn :26 Bu gün : 157 Bu Ay : 6855 Bu İl : 28158 Cəmi : 454874

Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Sumqayıtda kitabxana işinin tarixi doğma şəhərimizin yaranma tarixi ilə üst-üstə düşür. 1949-cu ildə ilk kütləvi kitabxana, 1953-cü ildə uşaq kitabxanası, 1958-ci ildə isə Mərkəzi şəhər kitabxanası açılıb. 1974-cü ildən etibarən Sumqayıtda dövlət kütləvi kitabxanalarını özündə birləşdirən Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərir. Hazırda Sumqayıt şəhər MKS özündə 14 kitabxananı birləşdirir. Uzun illər Sumqayıt şəhər MKS-ə şəhərimizdə kitabxana işinin təşkili və inkişafı sahəsində misilsiz xidmətləri olan Svetlana xanım Ağayeva rəhbərlik etmişdir. 2008-ci ildən isə bu sistem Yeganə xanım Əhmədovanın rəhbərliyi altında fəaliyyət göstərir. Əhalini fəal mütaliəyə cəlb etmək, siyasi, iqtisadi, hərbi durumumuzu, tariximizi, mədəniyyət və incəsənətimizi geniş oxucu kütlələri arasında təbliğ etmək məqsədilə MKS-də vaxtaşırı olaraq bir-birindən maraqlı tədbirlər keçirilir. Sistem kitabxanaları daha geniş oxucu kütlələrini kitabxanalara cəlb etmək məqsədilə öz işini Sumqayıt Dövlət Universiteti, Müəllimlər İnstitutu, Sumqayıt Texniki Kolleci, Ağsaqqallar və Veteranlar şurası, Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsi, Sumqayıt Təhsil şöbəsi, Əli Kərim adına Poeziya klubu, Sumqayıt şəhər Mədəniyyət evi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi, H. Ərəblinski adına Sumqayıt Musiqili Dövlət Dram Teatrı və digər mədəni-maarif müəssisələri ilə əlaqəli həyata keçirir. Şəhər əhalisi və oxucular arasında apardığı gözəl təbliğatçılıq fəaliyyətinə görə respublika kitabxanaları arasında Sumqayıt şəhər MKS-in adı həmişə birincilər sırasında çəkilmişdir. Bu ənənəni bu gün də davam etdirən Sumqayıt şəhər MKS Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən müsabiqədə iştirak edərək respublika kitabxanaları arasında “İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana Sistemi” nominasiyasında 2010-cu ilin qalibi olmuşdur. Kitabxananın kollektivi müasir texnoloji vasitələrdən istifadə edərək oxucu sorğularını tez və dolğun ödəməyə çalışır. Kitabxanaların avtomatlaşdırılması sahəsində görülən işlər filiallarda da həyata keçirilir. Belə ki, MKS-in filiallarında da kompüterləşdirilmiş infrastruktur qurulmuş, kitabxanaların kompyuterlə, internetlə, WI-FI ilə təmin olunması həyata keçirilir.

dating sites for married people signs of a cheater website