Onlayn :68 Bu gün : 266 Bu Ay : 5372 Bu İl : 62715 Cəmi : 489431




1 saylı kitabxana-filial
Sumqayıt şəhər MKS-nin 1 saylı kitabxana-filialı 1967-ci ildən fəaliyyət göstərir. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. 2014-cü ilin hesabatına görə 1 saylı kitabxana filialın fondu 19150 nüsxə, oxucusu 2186 nəfər, kitab verilişi 37143 nüsxə, oxucuların kitabxanaya gəlişi 26287 nəfərdir. İl ərzində kütləvi kitabxana olaraq oxucuların kitabxanaya cəlb edilməsi, onların dünyagörüşünün formalaşması, vətənə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədilə müxtəlif mövzularda tədbirlər keçirir. Bunlara misal olaraq tariximizin təbliği ilə əlaqədar “Tariximiz yaddaşımızdır”, “Abidələr tariximizdir”, milli faciələrimizə həsr olunmuş “Siz ey qeyrət timsalları, qəddarlığın qurbanları”, ümimmilli lider Heydər Əliyevin doğum günü ilə bağlı “Tarix yaradan şəxsiyyət”, Milli Mətbuat gününə həsr olunmuş “”Əkinçi”nin davamçıları”, mənəvi və estetik tərbiyə ilə bağlı “On bir ayın sultanı”, “Narkomaniyaya yox deyək”, “Gənclər zamanın nəbzidir”, “Şərq musiqisinin peyğəmbəri”, “Satirik və lirik şair”, “Şekspir və onun əsərləri” və digər tədbirlərin adlarını çəkmək olar. Kitabxana filial öz işini şəhərimizin 33, 34 saylı məktəbləri ilə birgə qurur.
go my wife cheated on me with my father affairs with married men
pill abortion side effects from abortion how to get on the pill
affair dating sites redirect click
Ünvanı : Ünvanı: 13-cü mkr, ev 56 Tel.: (018) 656 - 01-13

M.Ə. Rəsulzadə adına 2 saylı kitabxana filial
Sumqayıt şəhər MKS-nin M.Ə. Rəsulzadə adına 2 saylı kitabxana-filialı 1968-ci ildən fəaliyyət göstərir. 1991-ci ildən Azərbaycan Demokratik Respublikasının banisi M.Ə. Rəsulzadənin adını daşıyır. Sahəsi 227 kv.m-dir. Kütləvi kitabxanadır. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. 2 saylı kitabxana-filial 2013-cü ildə əsalı təmir olunaraq müasir avadanlıqlarla təchiz olunmuşdur. Kitabxanada kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonası yaradılmışdır. 2014-cü ilin hesabatına görə 2 saylı kitabxana filialın fondu 46341 nüsxə, oxucusu 4000 nəfər, kitab verilişi 84586 nüsxə, oxucuların kitabxanaya gəlişi 35050 nəfərdir. İl ərzində kitabxanada aktual mövzulara həsr olunmuş bir- birindən maraqlı kitab təqdimatı, oxucu konfransları, şeir müsabiqəsi , dəyirmi masa, disput, biblioqrafik xülasə, ədəbiyyat saatı və digər tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuşdur. ”İnsan alverinə qarşı mübarizə mövzusunda, “Hüquqlarımız və azadlıqlarımız” mövzusunda disputlar, “Ailə, milli dəyərlər və müasirlik” mövzusunda Sumqayıt şəhər Müharibə veteranları ilə oxucuların görüşü, M.Ə.Rəsuılzadənin 130 illiyi ilə əlaqədar “Azərbaycan Demokratik Respublikasının banisi” başlığı altında dəyırmi masa, “Mənim şəhərim –Sumqayıt” başlığı altında oxucu konfransı, “Tarixin qayıdış səhifəsi” başlığı altında dəyirmi masa, “Narkomaniya ilə mübarizədə bir olaq” devizi altında disput , Azərbaycan Prezidenti yanında Gənclər fondunun dəstəyi ilə Gənc Yazarların Vətənpərvəlik mövzusunda şeir müsabiqəsi , xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar ədibin “Dağlar arxasında üç dost” kitabının müzakirəsi və s. Belə tədbirlərdəndir. Kitabxana öz işini 3, 14, 15, 25 saylı məktəblərlə və Sumqayıtın Tarixi Muzeyi ilə əlaqəli qurub.
go all wives cheat affairs with married men
Ünvanı : Ünvanı: 45-ci məh. Ev 79 Tel: (018) 644-49-38

M.Ə. Sabir adına 3 saylı kitabxana –filial
Sumqayıt şəhər MKS-nin M.Ə. Sabir adına 3 saylı kitabxana –filial 1969-cu ildən fəaliyyət göstərir. 1992-ci ildən satiric şairimiz M. Ə. Sabirin adını daşıyır. Sahəsi 152 kv.m-dir. Kütləvi kitabxanadır. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. M.Ə. Sabir adına 3 saylı kitabxana –filial 2011-ci ildə kitabxana filial cari təmir olunmuşdur. Kitabxanada kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonası yaradılmış, kitabxana kompüter, printer və digər avadanlıqlarla təchiz olunmuşdur. 2014-cü ilin hesabatına görə 3 saylı kitabxana filialın fondu 31055 nüsxə, fonda daxil olan yeni ədəbiyyatın sayı 218 nüsxə, oxucusu 3998 nəfər, kitab verilişi 77400 nüsxə, oxucuların kitabxanaya gəlişi 30021 nəfərdir. İl ərzində əhalinin mütaliəyə cəlb olunması , ictimaiyyətlə sıx əlaqə yaradılması oxucuların peşə səviyyəsinin yüksıldilməsinə kömək, müxtəlif elm sahələrinə dair ədəbiyyatın təbliginin yeni forma və metodlarının təbliği, digər müəssisə və təşkilatlarla birgə müştərək tədbirlərin keçirilməsi kitabxana –filialın fəaliyyətinin əsas istiqamətlərini təşkil etmişdir. Kitabxanada il boyu 31 mart soyqırım günü münasibətilə “Soyqırım insanlıga qarşı cinayətdir”, Şuşanın işğalı ilə əlaqədar “İtirilmiş cənnətdir Şuşa”, 15 iyun qurtuluş günü ilə əlaqədar “Azərbaycan siyasi tarixinin parlaq səhifəsi “, Ətraf mühitin ümum dünya mühafizə günü ilə əlaqədar “Təbiəti qoruyun “, Milli mətbuat və jurnalistika günü ilə əlaqədar “Unudulmaz jurnalistlərimiz”, Ramazan bayramı ilə əlaqədar “ Bu ay elə fürsətdir ki”, Lütfəli Abdullayevin 110 illiyi nilə əlaqədar “ Fitri istedad sahibi” və digər tədbirlər keçirilmişdir. M.Ə. Sabir adına 3 saylı kitabxana –filial öz işini SDU , 14, 17 saylı məktəblərlə və S. Hacıbəyov adına musiqi texnikumu ilə əlaqəli qurub.
redirect why husband cheat on their wife my fiance cheated on me
mometason 50 mometason sprej za nos mometason furoas
Ünvanı : Ünvanı: 8-ci m/r, ev 18/6 Tel: (018) 644-85-93

4 saylı gənclər kitabxanası
Sumqayıt şəhər MKS-nin 4 saylı gənclər kitabxanası 1969-cu ildən fəaliyyət göstərir. Sahəsi 137 kv.m-dir. Kütləvi kitabxana olaraq əsasən gənclərə xidmət edir. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir Gənclər kitabxanasında kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonası yaradılmış, kitabxana kompüter, printer və digər avadanlıqlarla təchiz olunmuşdur. 2014-cü ilin hesabatına görə 4 saylı gənclər kitabxanasının fondu 35012 nüsxə, fonda daxil olan yeni ədəbiyyatın sayı 272 nüsxə, oxucusu 4046 nəfər, kitab verilişi 59412 nüsxə, oxucuların kitabxanaya gəlişi 27033 nəfərdir. Kitabxanada il ərzində gənclərə Vətən, Torpaq sevgisi aşılamaq üçün əyani və şifahi təbliğatın müxtəlif formalarından hərtərəfli istifadə edilmiş, qəhrəmanlıq və şəhidlik mövzularında söhbətlər aparılmış, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən ən yaxşı ədəbiyyat nümunələri oxucuların nəzərinə çatdırılmışdır. Kitabxanada il boyu vətən tarixinin təbliği ilə əlaqədar “Bu sənin tarixindir” adlı stend, 20 yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar “20 yanvarda susdurulmuş imperiya” adlı dəyirmi masa, Gənclər günü ilə əlaqədar “Dövlətin Gənclər siyasəti müstəqil Respublika quruculuğunun tərkib hissəsidir”, Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş “Xocalı- qəm karvanı” başlığı altında oxucu konfransı, Sumqayıt faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Düşünülmüş erməni fitnəkarlığı” adlı dəyirmi masalar, Silahlı Qüvvələr günü ilə əlaqədar “Şəhid varsa Vətən var”, Dövlət Müstəqilliyi gününün 23-ci ildönümü ilə əlaqədar “ “Müstəqilliyim, mənliyim. şərəfim, ləyaqətim”, “Yaşlaşdıqca gəncləşən şəhər” adlı ədəbi kompozisiya, Dövlət Bayrağı Günü ilə əlaqədar “Ruhumuz qədər əziz, Vətən qədər müqəddəs” adlı şeir dəqiqələri, mənəvi tərbiyənin təbliği ilə əlaqədar “Tarixi yaddaş, milli ləyaqət və alicənablıq” mövzusunda mübahisə saatı, şair Əli Tudənin 90-cı ildönümü ilə əlaqədar “Savalandan süzülən duyğular “ adlı poeziya dəqiqələri və daha neçə-neçə maraqlı, yaddaqalan tədbirlər keçirilmişdir. Tədbirlərin əhatə dairəsini və təsirini artırmaq, daha geniş oxucu kütlələrini mütaliəyə cəlb etmək məqsədilə Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin, Xalq təhsili şöbəsinin, “Bilik” maarifçilik cəmiyyətinin, litsey, gimnaziya texnikum və məktəblərin, klub və mədəniyyət evlərinin qüvvəsindən istifadə olunmuş, əlaqəli iş görülmüşdür. Yaxşı işinə və səmərəli fəaliyyətinə görə kitabxana və onun kollektivi dəfələrlə (1987, 2001, 2003 və 2012-ci illərdə) Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi, 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.
when a husband cheats read here link
guy cheated on girlfriend with me cheat on my girlfriend my ex girlfriend cheated on me
Ünvanı : Ünvanı: Azərbaycan prospekti, ev 6 Tel: 018 645-66-12

5 saylı kitabxana-filial
Sumqayıt şəhər MKS-nin 5 saylı kitabxana-filialı 1969-cu ildən fəaliyyət göstərir. Sahəsi 77 kv.m-dir. Kütləvi kitabxanadır. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. 2014-cü ilin hesabatına görə 5 saylı kitabxana filialın fondu 24089 nüsxə, fonda daxil olan yeni ədəbiyyatın sayı 120 nüsxə, oxucusu 3120 nəfər, kitab verilişi 55615 nüsxə, oxucuların kitabxanaya gəlişi 22320 nəfərdir. İl ərzində kütləvi kitabxana olaraq oxucuların kitabxanaya cəlb edilməsi, onların dünyagörüşünün formalaşması, vətənə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədilə müxtəlif mövzularda tədbirlər keçirir. Bunlara misal olaraq Xocalı faciəsi ilə bağlı “Xocalı- qəm karvanı”, Azərbaycan Demokratik Respublikasının 96-cı ildönümü ilə əlaqədar “Azadlığın çətin yolu”, “Dünənin, bu günün və sabahın şəhəri” /Sumqayıt-65/, işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə bağlı “Oyan, millətim, oyan”, Mülki müdafiə günü ilə bağlı “Dünən, bu gün və həmişə”, İlyas Əfəndiyevin 100-cü ildönümü ilə əlaqədar “Həmişə müasir yazıçı” adlı tədbirləri göstərmək olar. İşini 21, 30 saylı məktəblərlə əlaqəli qurub.
cheat website women affairs
affair dating sites cheat women click
Ünvanı : Ünvanı: 12 mik-on, ev 8, mən. 47 Tel: 018 64 8-29-07

6 saylı kitabxana filial
Sumqayıt şəhər MKS-nin 6 saylı kitabxana-filialı 1969-cu ildən fəaliyyət göstərir. Sahəsi 110 kv.m-dir. Kütləvi kitabxanadır. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. Kitabxanada müasir dövrün tələbatına uyğun olaraq kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonası yaradılmış, kitabxana kompüter, printer və digər avadanlıqlarla təchiz olunmuşdur. 2014-cü ilin hesabatına görə 6 saylı kitabxana filialın fondu 25479 nüsxə, fonda daxil olan yeni ədəbiyyatın sayı 124 nüsxə, oxucusu 2344 nəfər, kitab verilişi 42504 nüsxə, oxucuların kitabxanaya gəlişi 18944 nəfərdir. İl ərzində kütləvi kitabxana olaraq oxucuların kitabxanaya cəlb edilməsi, onların dünyagörüşünün formalaşması, vətənə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədilə müxtəlif mövzularda tədbirlər keçirir. Kitabxana-filialın keçirdiyi Xocalı faciəsi ilə bağlı “XX əsrin faciəsi – Xocalı soyqırımı”, Respublika günü ilə bağlı “Azadlığın ad günü”, QİÇS-ə qarşı mübarizə günü ilə əlaqədar “Əsrimizin ölümsaçan bəlası”, mənəvi tərbiyə ilə əlaqədar “Ömrün şəhidlik çağı”, Qubadlı rayon Mərkəzi kitabxanasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirdiyi “ Dünya şöhrətli siyasətçi” adlı ədəbiyyata açıq baxış-sərgi, İmadəddin İlyas Əfəndiyevin 100 illiyi ilə bağlı “Sən həmişə bizimləsən”, Məhəmməd Füzulinin 520 illiyi ilə əlaqədar “Qəlb şairi”, Nəsiminin 645 illiyi ilə bağlı “Eşq və azadlıq carçısı” belə tədbirlərdəndir. 6 saylı kitabxana filial öz işini 13 saylı məktəb və «Təfəkkür» liseyi ilə əlaqəli qurub.
link husbands that cheat cheat on my wife
why husbands cheat read why do women cheat on husbands
pill abortion abortion pill in atlanta how to get on the pill
Ünvanı : Ünvanı: 3-cü mkr., ev 19 a Tel: (018) 645-77-03

H. Z. Tağıyev adına 7 saylı uşaq kitabxana-filialı
Sumqayıt şəhər MKS-nin H. Z. Tağıyev adına 7 saylı uşaq kitabxana-filialı 1969-cu ildə açılıb. 1991-ci ildən H. Z. Tağıyevin adını daşıyır. Sahəsi 150 kv.m-dir. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. Kütləvi kitabxana olaraq əsasən kiçik yaşlı oxuculara xidmət edir. 2003-cü ildə 7 saylı uşaq kitabxana-filialının böyük bir hissəsi alman dili mərkəzinə verilib. 2006-cı ildə kitabxana şəhər Bələdiyyəsinin yaxından köməyi ilə əsaslı təmir edilib. Kitabxanada kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonası yaradılmış, kitabxana kompüter, printer və digər avadanlıqlarla təchiz olunmuşdur. 2014-cü ilin hesabatına görə H. Z. Tağıyev adına 7 saylı uşaq kitabxana-filialın fondu 26713 nüsxə, fonda daxil olan yeni ədəbiyyatın sayı 153 nüsxə, oxucusu 4005 nəfər, kitab verilişi 55003 nüsxə, oxucuların kitabxanaya gəlişi 42341 nəfərdir. İl ərzində kitabxana filialda oxucu mütaliəsinə rəhbərlik məqsədilə əlamətdar günlər və yubileylər, müxtəlif aktual mövzularla bağlı sərgilər, səhərciklər, ədəbi-bədii gecələr, şeir dəqiqələri, biblioqrafik xülasə və mətbuat xülasələri, danışan kitablar və s. tədbirlər keçirilmişdir. Belə ki, kitabxanada il ərzində uşaq hüquqlarının tanınması və qorunması ilə bağlı “Hüquqlarımızı bilirikmi”adlı dəyirmi masa, 9 May Qələbə günü ilə əlaqədar “Unudulmayan qəhrəmanlıq”, 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə “Ömrün əlvan çiçələri”adlı səhərcık, Dövlət Bayrağı günü ilə əlaqədar “Qalxan bayraq enən deyil”adlı şeir dəqiqələri, estetik tərbiyə mövzusunda ”Ay can,ay can gəldi qış “ Hikmət Ziyanın 90 illiyi ilə bağlı “Həyatı işıqlandıran poeziya”, Abbas Səhhətin 140 illiyi ilə əlaqədar “Ölərəm əldən əgər getsə Vətən”, Hüseyn Arifin 90 illiyi ilə əlaqədar “Dünya fikir dünyasıdır” və daha neçə-neçə maraqlı tədbir keçirilmişdir. Kitabxana öz işini 3,5, 14, 15, 25, 27, 37 saylı məktəb, «İstedad» liseyi, 45 saylı uşaq bağçası, UYYM, Gənclər, İdman və Turizm Baş İdarəsi, Poeziya klubu ilə əlaqəli qurub.
open link website
infidelity women will cheat will my husband cheat again
click link married men and affairs
my wife emotionally cheated on me open how to cheat with a married woman
how to cheat with a married woman redirect why do men have affairs
signs of aids/hiv hiv rashes pictures aids signs and symptoms
Ünvanı : Ünvanı: 5-ci mkr. Ev 6/53 Tel: (018) 644-17-83

8 saylı uşaq kitabxana-filialı
Sumqayıt şəhər MKS-nin 8 saylı uşaq kitabxana-filialı 1971-ci ildən fəaliyyət göstərir. Sahəsi 156 kv.m-dir. Kütləvi kitabxanadır. Əsasən kiçik yaşlı oxuculara xidmət edir. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. 1993-cü il 12 oktyabrda kitabxananın bir hissəsi qaçqınlar tərəfindən tutulub. Kitabxana işini 17, 20, 23, 25, 29 saylı orta məktəblər, 49, 40, 51 sayli uşaq bağçaları ilə əlaqəli qurub. 2011-ci ildə kitabxana-filial cari təmir olunmuşdur. 2014-cü ilin hesabatına görə 8 saylı uşaq kitabxana-filialın fondu 25805 nüsxə, fonda daxil olan yeni ədəbiyyatın sayı 452 nüsxə, oxucusu 2413 nəfər, kitab verilişi 46054 nüsxə, oxucuların kitabxanaya gəlişi 17556 nəfərdir. Kitabxanada il boyu 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə “Ən uca zirvə - Ana”, 2 Aprel Beynəlxalq Uşaq kitabı günü ilə əlaqədar şəhərimizin Lüdviqshafen parkında “Nağıllar aləminə səyahət”, Beynəlxalq Yer kürəsi günü ilə bağlı “Yer kürəsi haqqında nə bilirik?”, 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibətilə “Uşaqlar dünyanın sevincidir”, Dövlət Bayrağı günü ilə əlaqədar “Dövlətimizin, müstəqilliyimizin rəmzi” və digər adlarda səhərcik, viktorina, biblioqrafik xülasə, ədəbiyyat saatı keçirilmişdir.
when a husband cheats why do guys cheat link
open link website
click link married men and affairs
pill abortion go how to get on the pill
signs of aids/hiv symptoms for aids aids signs and symptoms
why married men have affairs go cheat husband
Ünvanı : Ünvanı: 9-cu mkr, ev 91a Tel: (018) 644-41-05

Ə. Vahid adına 9 saylı kitabxana-filial
Sumqayıt şəhər MKS-nin Ə. Vahid adına 9 saylı uşaq kitabxana-filialı 1973-cü ildən fəaliyyət göstərir. 1992-ci ildən Ə. Vahidin adını daşıyır. Sahəsi 134,7 kv.m-dir. Kütləvi kitabxanadır. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. Kitabxanada kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonası yaradılmış, kitabxana kompüter, printer və digər müasir avadanlıqlarla təchiz olunmuşdur. 2014-cü ilin hesabatına görə 9 saylı kitabxana-filialın fondu 33742 nüsxə, fonda daxil olan yeni ədəbiyyatın sayı 199 nüsxə, oxucusu 3662 nəfər, kitab verilişi 46068 nüsxə, oxucuların kitabxanaya gəlişi 39691 nəfərdir. Kitabxanada il ərzində 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili günü ilə əlaqədar “Söz sərvətinin yaradıcısı”, Sumqayıt şəhərinin 65-illik yubleyi ilə əlaqədar olaraq “Uğurlu gələcəyi olan şəhər”, Dövlət Bayrağı günü ilə əlaqədar “Qeyrət və qürur rəmzi”, 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar “Həmrəyliyə aparan yol”, estetik ədəbiyyatların təbliği ilə əlaqədar “Gənclərdə estetik zövqün tərbiyyəsi”, şair Baba Vəziroğlunun 60 illik yubleyi ilə əlaqədar olaraq “Həzin nəğməli şair”, Cəfər Cabbarlının 115 illik yubleyi ilə əlaqədar ”Mən bir susmaz duyğuyam ki” və digər adlarda tədbirlər keçirilmişdir. Kitabxana öz işini 1 saylı musiqi məktəbi, 23, 27, 37 saylı orta məktəblərlə əlaqəli həyata keçirir.
dating sites for married people my wife cheated website
go open affairs with married men
redirect why husband cheat on their wife my fiance cheated on me
my wife emotionally cheated on me open how to cheat with a married woman
how to cheat with a married woman why do married men cheat on their wives why do men have affairs
affair dating sites online click
why married men have affairs go cheat husband
Ünvanı : Ünvanı: 6-cı mkr. Ev 1a Tel: 018 644-16-69

C. Məmmədquluzadə adına 10 saylı kitabxana-filial
Sumqayıt şəhər MKS-nin C. Məmmədquluzadə adına 10 saylı kitabxana-filialı 1949-cu ildən fəaliyyət göstərir. 1966-cı ildən C. Məmmədquluzadənin adını daşıyır. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. 2014-cü ilin hesabatına görə 10 saylı kitabxana filialın fondu 13494 nüsxə, oxucusu 2500 nəfər, kitab verilişi 50000 nüsxə, oxucuların kitabxanaya gəlişi 21000 nəfərdir. İl ərzində kütləvi kitabxana olaraq oxucuların kitabxanaya cəlb edilməsi, onların dünyagörüşünün formalaşması, vətənə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədilə müxtəlif mövzularda tədbirlər keçirir. Bunlara misal olaraq Sumqayıt şəhərinin yaranmasının 65 illiyı ilə əlaqədar “Sumqayıt taleyimin şəhəri” adlı oxucu konfransını, Xocalı faciəsi ilə bağlı “Sinəsi dağlı,yolları bağlı şəhər” adlı xatirə gecəsini, 31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Tarixi həqiqətlər unudulmur”, Heydər Əliyevin doğum günü ilə əlaqədar “Siyasətdə zəfər rəmzi” adlı oxucu konfransını, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar “Şərqin ilk demokratik cümhuriyyəti” adlı ədəbi-bədii gecəni və digər tədbirləri göstərmək olar. Kitabxana öz işini 33, 34 saylı orta məktəblərlə əlaqəli həyata keçirir.
click link married men and affairs
cheat website women affairs
guy cheated on girlfriend with me site my ex girlfriend cheated on me
Ünvanı : Ünvanı: 13-cü mkr, ev 56 Tel: (018) 656 01-13

11 saylı kitabxana-filial
Sumqayıt şəhər MKS-nin 11 saylı kitabxana-filialı 1958-ci ildən fəaliyyət göstərir. Kitabxana Corat qəsəbəsində 7 saylı məktəbdə yerləşir. Sahəsi 45 kv.m-dir. Profilinə görə kütləvi kitabxanadır. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. 1995-ci il iyun ayının 16-dan kitabxana əvvəl fəaliyyət gostərdiyi binadan 7 saylı məktəbə köçürülüb. 2014-cü ilin hesabatına görə 11 saylı kitabxana filialın fondu 11642 nüsxə, oxucusu 880 nəfər, kitab verilişi 16560 nüsxə, oxucuların kitabxanaya gəlişi 12971 nəfərdir. İl ərzində kitabxanada Gənclər günü ilə əlaqədar “Gəncliyimiz, fəxrimiz, qürurumuz”, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə əlaqədar “İstiqlala aparan yol”, Silahlı qüvvələr günü ilə bağlı “Güvənc yerimiz – fəxrimiz”, Novruz bayramı ilə bağlı “Bayramların tacı Novruz”, Milli musiqi günü ilə bağlı “Müsiqi ümumbəşəri dildir”, Beynəlxalq uşaq kitabı günü ilə bağlı “Kitab bəşəriyyərin ən böyük kəşfidir”, lirik şair Hüseyn arifin 90 illiyi ilə əlaqədar “Elə bağlı sənətkar” və digər yaddaqalan tədbirlər keçirilmişdir. Kitabxana öz işini 7 saylı məktəb, 2 saylı uşaq bağçası ilə əlaqəli keçirir.
why most women cheat read here women want men
why married men have affairs go cheat husband
mometason 50 mometason sprej za nos mometason furoas
Ünvanı : Ünvan: Corat qəsəbəsi. 7 saylı məktəb

Mərkəzi uşaq kitabxanası
Sumqayıt şəhər MKS-nin Mərkəzi uşaq kitabxanası /12 saylı uşaq kitabxana filialı/ 1953-cü ildən fəaliyyət göstərir. Sahəsi 164 kv.m-dir. Kütləvi kitabxanadır. Kiçik yaşlı oxuculara xidmət edir. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. - 1997-ci ildə 12 saylı kitabxananın böyük bir hissəsi Sumqayıt şəhər İcra Hakimiyyəti və Mədəniyyət İdarəsi tərəfindən ingilis dili mərkəzinə verilib. - 01 Avqust 2005-ci ildə Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX) ilə Mədəniyyət İdarəsi arasında bağlanan müqaviləyə əsasən MKS-in 12 saylı uşaq kitabxana-filialında İctimai İnternetə çıxış və Təlim Mərkəzi açılmışdır. - 2005-ci ildə isə Mərkəzi uşaq kitabxanası Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun kitabxanalar proqramı çərçivəsində respublika kitabxanaları arasında keçirdiyi müsabiqədə qalib gəlmiş, kompüter dəsti və avadanlıqla mükafatlandırılmışdır. - 2009-cu il noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş uşaq kitabxanalarında “Uşaq hüququ” informasiya mərkəzlərinin yaradılması ilə əlaqədar olaraq kitabxanada “Uşaq hüququ” informasiya mərkəzi açılmışdır - 2010-cu ilin may ayından uşaq kitabxanasında avtomatlaşdırılmış sistem tətbiq olunur. Kitabxanaya İRBİS64 Avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə Sistemi alınmış, fondun, kitablar və dövrü mətbuatın proqramın yaddaşına köçürülməsinə başlanmışdır. - 2011-ci ilin sonunadək 12 saylı uşaq kitabxanasında 2191 nüsxə latın qrafikalı kitab, 22 nüsxə retro ədəbiyyat, 1094 qəzet və jurnal məqalələri proqramın yaddaşına köçürülmüşdür. - 2010-cu ildə kitabxananın www.sum-child.az ünvanlı veb saytı yaradılmışdır. - 4 may 2011-ci il tarixindən kitabxana Beynəlxalq Elektron Kitabxana və Yeni İnformasiya Texnologiyaları İstifadəçisi və Yaradıcısı Cəmiyyətinin üzvlüyünə qəbul edilmişdir. - Mərkəzi uşaq kitabxanasının nəzdində yetkinlik yaşına çatmayan oxucuların kompyuterden istifadə qaydalarını öyrənməsi, internetdən informasiya axtarışı vərdişlərinə yiyələnməsi işini təmin etmək məqsədilə İnformasiya Resurs Mərkəzi yaradılmışdır. - Mərkəzi uşaq kitabxanası dəfələrlə (1999, 2003, 2010, 2012) Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanalar arasında keçirilən müsabiqələrdə qalib gəlmiş, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən “İlin ən yaxşı uşaq kitabxana-filialı” nominasiyasına, Fəxri fərmanlara və pul mükafatına layiq görülmüşdür. - 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sumqayıt şəhərinin 60 illik yubileyi şərəfinə təltif olunan MKS-in bir qrup işçisi arasında Mərkəzi uşaq kitabxanasının əməkdaşı da oldu. 2014-cü ilin hesabatına görə Mərkəzi uşaq kitabxanasının fondu 37598 nüsxə, fonda daxil olan yeni ədəbiyyatın sayı 404 nüsxə, oxucusu 6036 nəfər, kitab verilişi 87372 nüsxə, oxucuların kitabxanaya gəlişi 22096 nəfərdir. Mərkəzi uşaq kitabxanasında il boyu ədəbiyyatın təbliği, balaca oxucuların kitabxana ilə daha sıx əlaqəsini təmin etmək məqsədi ilə “Narkomaniya- uçuruma aparan yol” mövzusunda dəyirmi masa, “Kitabxanalarda yeni texnologiyaların tətbiqi” mövzusunda kitabxanaçı günü, 2 aprel Beynəlxalq Uşaq Kitabı Günü münüsibətilə şəhərimizin 17 saylı “Ayla” uşaq bağçasında keçirilmiş “Uşaq kitabının bayram sərgisi” adlı səhərcik, 28 MayRespublika Günü ilə əlaqədar şəhərimizin 65 saylı körpələr evi – uşaq bağçasında “Azərbaycanın ad günü” adlı səhərcik, 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar “Dünyanı qoruyaq uşaqlar üçün” adlı səhərcik, Milli Mətbuat Günü münasibətilə “Gələcəyin qurucusuna açılan qapılar” adlı uşaq jurnallarının təqdimatı, “Sumqayıt qanadlı nəğməyə bənzər” adlı ədəbi-bədii kompozisiya, “İnsan hüquq və azadlıqlarının müdafiəsi” aylığı çərçivəsində “Uşaqların rifahı və müdafiəsi naminə” adlı dəyirmi masa, ilin fəsillərinə həsr edilmiş “Salam, qızıl payız” adlı səhərcik, xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi ilə bağlı ədibin “Xəncər” hekayəsinin müzakirəsi, şair İlyas Tapdığın 80 illik yubileyi münasibətilə “Şeir sevən balalar” adlı ədəbi-bədii gecə, uşaq ədəbiyyatının sevimli nümayəndəsi Hikmət Ziyanın 80 illiyi münasibətilə “Görkəmli təmsil ustası” adlı təmsil saatı, Arkadi Qaydarın 110 illik yubileyi münasibətilə yazıçının “Timur və onun komandası” əsərinin müzakirəsi və digər maraqlı, yaddaqalan tədbirlər keçirilmişdir.
when a husband cheats read here link
open redirect website
Ünvanı : Ünvanı: Azərbaycan prospekti, ev 6 Tel: (018) 645-66-12

14 saylı kitabxana-filial
Sumqayıt MKS-nin 14 saylı kitabxana-filialı 1978-ci ildən fəaliyyət göstərir. Sahəsi 127 kv.m-dir. Kütləvi kitabxanadır. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. 14 saylı kitabxana filialın işlərinin əsas istiqaməti kitabxana- filiala oxucu kütləsinin cəlb olumasına, onlara daha operativ və hərtərəfli xidmət etməkdən ibarət olmuşdur. Kitabxanada kompüterləşdirilmiş infrastruktur qurulmuş, oxucuların internetdən sərbəst istifadəsi üçün ödənişsiz WI-FI zonası yaradılmış, kitabxana kompüter, printer və digər müasir avadanlıqlarla təchiz olunmuşdur. 2014-cü il hesabatına görə kitabxananın 26311 nüsxə fondu, 2767 nəfər oxucusu, 49395 nüsxə kitab verilişi, oxucuların kitabxanaya gəlişi 12250 nəfər olmuşdur. Ötən il kitabxananın fonduna 162 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. İl ərzində kütləvi kitabxana olaraq oxucuların kitabxanaya cəlb edilməsi, onların dünyagörüşünün formalaşması, vətənə məhəbbət ruhunda tərbiyə edilməsi məqsədilə müxtəlif mövzularda tədbirlər keçirir. Bunlara misal olaraq Xocalı faciəsi ilə bağlı “Xocalı-sızlayan yaddaşımız” adlı xatirə gecəsini, ,,31 Mart -tarixin yaralı səhifəsi “ adlı dəyirmi masanı, ümummilli lıder Heydər Əliyevin doğum günü münasibətilə ,,Ürəklərdə ucalan abidə “ adlı poeziya axşamını, vətənpərvərlik tərbiyəsi və tariximizin öyrənilməsi ilə əlaqədar Gülüstan müqaviləsinin bağlanması ilə bağlı ,,Tarixin ən kədərli günü “ adlı dəyirmi masanı, QİÇS-lə mübarizəyə həsr olunmuş ,,Əsrimizin ölümsaçan virusu” adlı dəyirmi masanı, muzeyində Sumqayıtın - 65 illiyinə həsr olunmuş ,,Xəzərin qoynunda bir şəhər oldun “adlı ədəbi - bədii gecəni, yazıçı - dramaturq İlyas Əfəndiyevin 100 illik yubileyi ilə əlaqədar ,,Azərbaycanın xalq yazıçısı “ adlı oxucu konfransını, Öz işini 4, 28, 36 saylı məktəb, TTE liseyi, 6 saylı klubla əlaqəli qurur.
abortion pill dallas tx for abortion facts how to use the abortion pill
Ünvanı : Ünvanı: 17-ci mkr, ev 24 Tel: (018) 65-7-51-09

17 saylı kitabxana-filial
Sumqayıt MKS-nin 17 saylı kitabxana-filialı 1981-ci ildən fəaliyyət göstərir H. Z. Tağıyev qəsəbəsində 3 saylı musiqi məktəbində yerləşir. Sahəsi 77,3 kv.m-dir. 1993-cü il dekabrın 1-də kitabxananın yerləşdiyi mənzil qaçqınlar tərəfindən tutulmuş, 1 il kitabxana fəaliyyət göstərməmişdir. Sonrakı il kitabxana 3 saylı musiqi məktəbinə köçürülmüşdür. Kütləvi kitabxanadır. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindədir. 2014-cü il hesabatına görə 17 saylı kitabxananın 16470 nüsxə fondu, 860 nəfər oxucusu, 12000 nüsxə kitab verilişi, oxucuların kitabxanaya gəlişi 7227 nəfər olmuşdur. Ötən il kitabxananın fonduna 118 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxanada il boyu qəsəbə sakinlərinin ideya-siyasi tərbiyəsi, elmi dünyagörüşünün formalaşması, kitaba və informasiyaya olan tələbatlarının ödənilməsi, əlamətdar və tarixi günlərimiz haqqında olan ədəbiyyatın təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. 20 Yanvar faciəsinə həsr olunmuş “Qanlı yanvar” adlı xatirə gecəsi, Novruz bayramına həsr olunmuş “Bahar ətirli Novruz” adlı ədəbi kompozisiya, işğal olunmuş ərazilərimizlə bağlı təşkil olunmuş “Qarabağda talan var” adlı sərgi, Azərbaycanın Dövlət müstəqilliyi günü ilə bağlı “Müstəqilliyimiz əbədidir” adlı ədəbiyyata açıq baxış, Dövlət Bayrağı günü ilə bağlı “Mənim üçrəngli bayrağım” adlı şeir dəqiqələri, görkəmli nasir və dramaturq İlyas Əfəndiyevin 100 illiyi ilə bağlı “Bənzərsiz nəsr ustası” adlı ədəbiyyat saatı belə tədbirlərdəndir. 17 saylı kitabxana filial öz işini «Şəhriyar» mədəniyyət evi, Ə. Bakıxanov adına 3 saylı musiqi məktəbi ilə 3, 19 saylı məktəblərlə əlaqəli həyata keçirir.
go open affairs with married men
my wife emotionally cheated on me why people cheat how to cheat with a married woman
information on abortion pill how to have an abortion about the abortion pill
Ünvanı : Ünvan: H.Z.Tağıyev qəsəbəsi. 4 saylı UİM

N. Gəncəvi adına Uşaq kitabxana klub
N. Gəncəvi adına Uşaq kitabxana klub 1988-ci ildən fəaliyyət göstərir. 1991-ci ildən N. Gəncəvinin adını daşıyır. Sahəsi 1000 kv.m-dir. Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tabeliyindədir. Kütləvi kitabxanadır. Əsasən uşaqlara, onların yaradıcılıq imkanlarının üzə çıxarılması məqsədinə xidmət edir. Kitabxananın bir hissəsi məcburi köçkün ailəsi tərəfindən tutulub. Bir hissəsi Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər şöbəsinə verilib. 2011-ci ildə Uşaq kitabxana klub əsaslı təmir olunaraq yenidən oxucuların istifadəsinə verilmişdir. 2013-cü ildən Sumqayıt şəhər MKS-nin 1 və 10 saylı kitabxana filialları da Uşaq kitabxana klubun binasına köçürülmüşdür. 2014-cü il hesabatına görə N. Gəncəvi adına Uşaq kitabxana klubun 19994 nüsxə fondu, 4580 nəfər oxucusu, 8983012000 nüsxə kitab verilişi, oxucuların kitabxanaya gəlişi 55787 nəfər olmuşdur. Ötən il kitabxananın fonduna 408 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. N. Gəncəvi adına Uşaq kitabxana klubda il ərzində uşaqların, gənclərin kitabxanaya cəlb edilməsi, onların dünyagörüşünün formalaşması, vətənə məhəbbət ruhunda tərbiyə edilməsi ilə bağlı maraqlı, yaddaqalan tədbirlər keçirilmişdir. Belə ki, kitabxanada il boyu 20 Yanvar faciəsinə həsr olunmuş “Siz ey qeyrət timsalları, qəddarlığın qurbanları” adlı xatirə gecəsi, Beynəlxalq ana dili günü ilə bağlı “Mənim dilim qibləgahım” adlı ədəbi-bədii gecə, Sumqayıt hadisələri ilə əlaqədar “Sumqayıt hadisələri:Düşünülmüş erməni fitnəkarlığı”adlı mühazirə, Novruz bayramı ilə əlaqədar “Gəl Novruzum-Təzə ilim” adlı ədəbi-bədii gecə, Heydər Əliyevin doğum günü ilə bağlı “Azərbaycanın özü qədər əbədi”adlı kompozisiya, Beynəlxalq Əlillər günü ilə bağlı “Qayğıya möhtac insanlar” adlı mühazirə, Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi günü ilə əlaqədar “Uşaqların hüquqları toxunulmazdır” adlı debat, Beynəlxalq Teatr günü ilə əlaqədar “İncəsənət aləminə səyahət”, Qılman İlkinin 100 illiyi münasibətilə “Ədəbiyyatın böyük hamisi”, İsi Məlikzadənin 80 illiyi ilə bağlı “Sözün ömrü ilə yaşayanlar” adlı ədəbiyyat saatı və digər tədbirlər keçirilmişdir.
my wife cheated now what website online
abortion pill dallas tx go how to use the abortion pill
Ünvanı : Ünvanı: 13-cü mkr. ev 56 Tel: (018) 646-01.13

Nike Air Huarache Run Ultra chaussures de tennis,Nike Air Jordan Sky High OG Chaussures,Air Max 1 Ultra SE chaussures de tennis,Air Max 2016 Chaussures,2017 Nike Air Max,Nike Air Max 90 chaussures de tennis